Dayı bacısı qızının evindən qızıl oğurladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qonaq getdiyi bacısı qızının evindən qızıl-zinət əşyaları oğurlayan şəxs azadlıqdan məhrum edilib.
Milli.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Abşeron Rayon Məhkəməsində baxılan cinayət işinin materiallarından məlum olub ki, təqsirləndirilən İ.R. 2025-ci ildə ailəsi ilə birlikdə bacısı qızının Xırdalan şəhərində yerləşən mənzilinə qonaq gedib. Evdə nasosu təmir etdikdən sonra otaqları gəzən şəxs yeni quraşdırılmış dolaba baxmaq bəhanəsi ilə yataq otağına daxil olub. Dolabın üst rəfindəki qızıl qutusunu açaraq içərisində olan, ümumi dəyəri 2 027 manat təşkil edən qızıl-zinət əşyalarını gizli yolla götürüb. İş materiallarına görə, oğurlanan əşyalar arasında kişi nişan üzüyü, iki qadın üzüyü, qadın qolbağı və kişi qolbağı olub.
Məhkəmədə verdiyi ifadəsində İ.R. borcları olduğuna görə oğurluq etdiyini etiraf edib.
O bildirib ki, qızıl-zinət əşyalarının bir hissəsini Xırdalandakı lombarda girov qoyaraq pul alıb, digər hissəsini isə sataraq əldə etdiyi vəsaiti borclarının ödənilməsinə sərf edib.
Təqsirləndirilən şəxs məhkəmədə zərərçəkmişə dəymiş ziyanı tam ödədiyini və tərəflər arasında barışıq əldə olunduğunu bildirib. O, həmçinin həyat yoldaşının onkoloji xəstəlikdən əziyyət çəkdiyini, övladının isə daimi müalicəyə ehtiyacı olduğunu deyərək məhkəmədən yüngül cəza təyin olunmasını xahiş edib.
Məhkəmənin hökmü ilə İ.R. Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Məhkəməyədək həbsdə saxlanıldığı iki gün cəza müddətindən çıxılıb və onun üzərində qəti olaraq 1 il 5 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
DTX-nin “Sabunçu Ceyhunu”nun qətlinə görə saxladığı şəxslər həbs olunub - Yenilənib
-
Sabah bu rayonun mərkəzində qaz kəsiləcək
-
Keçmiş icra başçısı Teymur Yəhyayev dünyasını dəyişdi
-
Bakılı dünya çempionu 200 min avro borca girib
-
Təkəri partlayan yük maşını aşdı, qoyunlar tələf oldu - (Video)
-
Məktəbdə TikTok-da canlı yayım açan müəllim işdən çıxarıldı
XƏBƏR LENTİ
-
Sabah Şəkidə qaz olmayacaq
-
13 ölkədən mütəxəssis, mənfi 18 dərəcədə çəkilişlər: Zirvədəki "44" filminin pərdəarxası - (Foto)
-
Ölkədə "otopleniya"sı olan binaların sayı açıqlandı
-
DTX-nin “Sabunçu Ceyhunu”nun qətlinə görə saxladığı şəxslər həbs olunub - Yenilənib
-
“Ermənistana yeni müxalifət lazımdır” - Paşinyan
-
Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı
-
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - (Foto/Video)
-
Elvin Nəbizadə “Məsuliyyət radiusu” layihəsi haqqında danışıb - Fly to Baku. Art Weekend. Sense the Future NOW - (Foto)
-
Şaron Eyal və Romeo Kastelluçi, Lev Dodin və Əkrəm Xan, Piter Frankopan və Mənal Əl-Dovayan: Bakı Beynəlxalq İncəsənət Festivalı paralel proqramını elan edir - (Foto)
-
Cazın sehri və romantikanın səsi - “Frank Sinatra” gecəsi - (Foto)
-
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədovdan QƏRAR
-
Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? - Ekspert açıqladı
-
Müəllimlərin maaşı niyə gecikir? - Agentlikdən açıqlama
-
Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama
-
Sabah bu rayonun mərkəzində qaz kəsiləcək
-
Keçmiş icra başçısı Teymur Yəhyayev dünyasını dəyişdi
-
Qumralın ailəvi görüntüləri diqqət çəkdi - (Video)
-
Uşaq kitabındakı ifadələr qalmaqal yaratdı - (Video)
-
Bakılı dünya çempionu 200 min avro borca girib
-
Kadir İnanırın vəfatından 1 həftə sonra tətilə yollanıb
-
Filarmoniyada Xalq artisti Rauf Abdullayevə həsr olunmuş konsert keçirildi - (Foto)
-
Təkəri partlayan yük maşını aşdı, qoyunlar tələf oldu - (Video)
-
Xuraman Əlizadə atasından danışıb ağladı: "Su da içə bilmir" - (Video)
-
Sumqayıtda yağışlı günlərdə təkrarlanan problem: Kanal niyə daşır?





