Həkimdən 40 yaşdan sonra vitamin qəbulu ilə bağlı xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Gündə 10 min addım atmaq lazımdır" fikrinin elmi əsaslara söykənmədiyini bilmək vacibdir".
Milli.Az xəbər verir ki, bunu "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" verilişində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.
Onun sözlərinə görə, gündə 10 min addım rəqəmi əslində elmi araşdırmalardan deyil, onilliklər əvvəl Yaponiyada istehsal olunan addımsayan cihazın reklam kampaniyasından yaranıb. Elm isə daha nikbin nəticələr ortaya qoyur:
"Gündə təxminən 7000 addım atan insanlarda erkən ölüm riski 2000 addım atanlarla müqayisədə təxminən 47 faiz, yəni demək olar ki, iki dəfə azalır. Bununla yanaşı, bu səviyyədə fiziki aktivlik demans, depressiya və 2-ci tip diabet riskinin azalması ilə də əlaqələndirilir".
Mütəxəssis-ekspert qeyd edib ki, digər genişmiqyaslı tədqiqatlar göstərir ki, sağlamlıq üçün fayda artıq gündə 4000 addımdan başlayır və hər əlavə 1000 addım erkən ölüm riskini orta hesabla 7-15 faiz azalda bilər. Yəni əsas məqsəd mütləq 10 min addıma çatmaq deyil. Əsas məsələ oturaq həyat tərzindən uzaqlaşaraq gündəlik hərəkəti artırmaqdır:
"Xüsusilə yaşlı insanlar üçün gündə 6000-8000 addım optimal hesab edilir. Addımları bir qədər sürətli templə atmaq isə əlavə fayda verir. Bundan başqa, yeməkdən sonra 10-15 dəqiqə piyada gəzmək qanda şəkərin yüksəlməsini əhəmiyyətli dərəcədə azaldır".
Emin Məmmədov bildirib ki, 40 yaşdan sonra vitamin və mineral əlavələrini kor-koranə qəbul etmək düzgün yanaşma deyil:
"Ən doğru yol əvvəlcə qan analizləri verməkdir. Orqanizmdə çatışmazlığı olmayan vitaminlərin qəbulunun faydası yoxdur, bəzi hallarda isə zərərli ola bilər. Yaş artdıqca isə həm bəzi maddələrin mənimsənilməsi zəifləyir, həm də orqanizmin onlara ehtiyacı dəyişir. Bu səbəbdən 40 yaşdan sonra xüsusilə D vitamininə diqqət yetirmək lazımdır. B12 vitamininin mənimsənilməsi yaş artdıqca mədə turşuluğunun azalması səbəbindən zəifləyir. Maqnezium və kalsium sümük sıxlığının qorunması, əzələ və sinir sisteminin normal fəaliyyəti üçün vacibdir. Omeqa-3 yağ turşuları isə ürək-damar sistemi və beyin sağlamlığına müsbət təsir göstərir.
Lakin bir daha vurğulamaq istəyirəm ki, bu əlavələr hər ehtimala qarşı deyil, yalnız analiz nəticələri və həkim tövsiyəsi əsasında qəbul edilməlidir".
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zəngilan Aqroparkı yaradılır - Fərman
-
Prezident İlham Əliyev media nümayəndələrini təltif edib
-
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti təbrik edib
-
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
-
“Atalardan oğullara hərb sənəti” adlı sərgisi açıldı - (Foto)
-
Azərbaycanda yenilənmiş Radiorabitə Reqlamenti təsdiqlənib
-
Harri Keyn “Bavariya” ilə yeni müqavilə imzaladı
-
Mehdiabadda sakinlərin şikayəti nəticəsiz qalıb
-
Mustafa Sandalın yeni görünüşü diqqət çəkdi - (Video)
-
Bu yağı qətiyyən almayın - Uyğunsuzluq tapıldı
-
Ronaldo milli karyerasını başa vurdu
-
Türkiyədə sorğu: “Azərbaycanın daxili işlərinə qarışmağa haqqımız yoxdur” - (Video)
-
Bir neçə vitamini eyni vaxtda qəbul etmək olarmı?
-
Biləcəri sakinlərinin nəzərinə: Avtobuslarla bağlı yeni qərar
-
Bu ölkədə kişi qıtlığı yarandı - 7600 manat maaş təkif edirlər
-
Gələn il orta əməkhaqqı bu qədər olacaq
-
Ronaldonun klubundan təqdirəlayiq addım - (Foto)
-
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarıldı
-
Qərbi Kaspi Universitetində “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” mövzusunda III Beynəlxalq Konfrans keçirilir (Foto)
-
İstanbulda bina çökdü: Dağıntılar altında qalanlar var
-
“Yeraltı”nın Sultanı sevgilisi ilə görüntüləndi – (Video)
-
Sinan Özen qəzaya düşdü - (Foto)
-
Daha bir tiktoker saxlanıldı
-
Nigar Fərhadın əri yenidən həbs olundu





