Dünya

Ərdoğan Qətərə getdi

14 İyul 2026 17:52
Baxış: 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar başsağlığı vermək üçün Dohaya səfər edib.

Türkiyə KİV-in məlumatına görə, Ərdoğan mərhum dövlət xadiminin ailəsinə və Qətər rəhbərliyinə başsağlığı çatdırmaq məqsədilə paytaxt Dohaya yollanıb.

Qeyd edək ki, Şeyx Həməd bin Xəlifə Al Tani 1995-2013-cü illərdə Qətərə rəhbərlik edib. O, 2013-cü ilin iyun ayında könüllü şəkildə hakimiyyətdən gedərək əmirlik səlahiyyətlərini oğlu, hazırkı Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taniyə təhvil verib.

74 yaşında vəfat edən keçmiş əmir Dohadakı Lusail qəbiristanlığında dəfn olunub. Onun vəfatı ilə əlaqədar Qətərdə dörd günlük matəm elan edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.