Hadisə

Ağdərədə avtomobil aşdı, iki nəfər öldü

14 İyul 2026 16:26
Baxış: 342
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağdərə rayonunda baş verən yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib.

Milli.Az xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu avtomobil yolunda qeydə alınıb.

İlkin məlumata görə, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində Kəlbəcər rayon sakinləri - 1973-cü il təvəllüdlü Nazim Əsgərov və həyat yoldaşı, 1980-ci il təvəllüdlü Könül Əsgərova hadisə yerində həyatını itirib.

Qəza zamanı avtomobildə olan digər sərnişin, 2000-ci il təvəllüdlü Mələk İsmayılova müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.