Hadisə

Bakının bəzi ərazilərində bu gün elektrik kəsiləcək

14 İyul 2026 09:18
Baxış: 361
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu gün Bakının bir sıra rayonlarında planlı təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

"Azərişıq" ASC-dən Milli.Az-a verilən məlumata görə, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən 110/35/6 kV-luq "ETK-4" yarımstansiyasından çıxan 6 kV-luq "Masazır-1" və "Masazır-2" hava xətlərində yenidənqurma işləri aparılacaq. Bu səbəbdən 09:00-12:00 saatlarında Asəf Zeynallı küçəsi, DSK yolu və Baş Dövlət Yol Polisi İdarəsinin ətrafında elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Eyni zamanda, Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində transformator məntəqəsində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar 09:00-13:00 saatlarında Həsən Əliyev küçəsi 131 ünvanında yerləşən Telefon Rabitə Qovşağında elektrik enerjisinin verilişi fasilələrlə məhdudlaşdırılacaq.

Yasamal rayonunda isə transformator məntəqəsində aparılacaq təmir işləri səbəbindən 10:00-13:00 saatlarında Abdulla Qarayev, Nazim Hacıyev, Habil Əliyev, Murad Mirzəyev və Ümid Əkbərov küçələrinin bir hissəsində planlı elektrik kəsintisi olacaq.

Nizami rayonunda da bir neçə transformator məntəqəsində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar eyni saatlarda Keşlə qəsəbəsinin Kamran Əfkari, Məşədi Hilal Kazımov, Rafiq Ağayev, Yarış, Kəndçi və Nizami Abdullayev küçələrinin bəzi hissələri gərginliksiz qalacaq.

Bundan başqa, Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən "Sarıqaya" yarımstansiyasından çıxan "Novxanı-1" hava xəttində aparılacaq təmir işləri səbəbindən 10:00-15:00 saatlarında Novxanı qəsəbəsinin bəzi ərazilərində də elektrik enerjisinin verilişi dayandırılacaq.

Qurum bildirib ki, təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.