Mənzil bazarında gözlənilən dəyişiklik: Ekspertdən 2027 proqnozu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda mənzil bazarında ziddiyyətli vəziyyət yaranıb. Belə ki, satıcılar alıcı tapmaqda çətinlik çəkdiklərini deyir, alıcılar isə qiymətlərin əlçatmaz olduğunu bildirirlər. Qeyd olunur ki, mənzillərin qiymətlərində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunmur.
Bəs bazarda bu vəziyyətin səbəbi nədir? Qiymətlər niyə enmir və yaxın dövrdə dəyişiklik gözlənilirmi?
Milli.Az xəbər verir ki, Globalinfo.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc mənzillərin və ümumilikdə daşınmaz əmlakın qiymətlərinin artması təsadüfi deyil deyib.
"Bu, iqtisadi proseslərin məntiqi nəticəsidir. Hazırda daşınmaz əmlak investisiya cəlbediciliyi baxımından digər istiqamətləri geridə qoyaraq prioritet sahəyə çevrilib. Həm sahibkarlar, həm də vətəndaşlar sərbəst vəsaitlərini əsasən bu sahəyə yönəldirlər. Mənzil bazarında tələb və satış əvvəlki dövrlərlə müqayisədə müəyyən qədər azalsa da, investisiya cəlbediciliyi qiymətlərin ucuzlaşmasına imkan vermir. Bunun əsas səbəblərindən biri tikintinin maya dəyərinin ildən-ilə artmasıdır. Digər amil isə torpaq sahələrinin məhdud olmasıdır. Torpaq qiymətləri yüksəldikcə, həmin ərazilərdə inşa edilən binaların ümumi maya dəyəri də artır. Bundan başqa, tikinti sahəsində normativlərin və tələblərin sərtləşdirilməsi də xərclərin artmasına səbəb olur. Müasir tikinti standartlarının tətbiqi, prosedurlara və təhlükəsizlik qaydalarına nəzarətin gücləndirilməsi nəticədə mənzillərin bazara daha yüksək qiymətlə çıxarılmasına gətirib çıxarır".
Ekspert bildirib ki, qiymət artımına təsir edən digər amil alternativ investisiya istiqamətlərinin kifayət qədər cəlbedici olmamasıdır:
"Bu səbəbdən daşınmaz əmlak investisiya üçün əsas seçim olaraq qalır ki, bu da qiymətlərin yüksəlməsini şərtləndirir. Eyni zamanda, inflyasiya, manatın alıcılıq qabiliyyəti və ölkədə iqtisadi aktivlik də qiymətlərə təsir göstərən əsas amillərdəndir. Bu baxımdan, yaxın dövrdə də qiymət artımının davam edəcəyi gözlənilir. Qiymətlərə təsir edən mühüm şərtlərdən biri də Bakı şəhərinin 2040-cı il Baş Planına uyğun olaraq qəzalı və istismar müddəti başa çatmış binaların sökülməsidir. Bu proses nəticəsində həmin binaların sakinləri yeni mənzil almaq üçün bazara üz tuturlar. Eyni zamanda, onların yerində inşa olunan yeni binaların maya dəyəri yüksək olduğundan bazara daha bahalı mənzillər təklif edilir. Beləliklə, alqı-satqı əməliyyatlarının sayında müəyyən azalma müşahidə olunsa da, qiymət artımı davam edir. Mövcud proqnozlara əsasən, 2026-cı ilin sonunadək bu tendensiya qorunacaq və 2027-ci ildə də davam edəcək.
Nə qədər ki, alternativ investisiya istiqamətləri formalaşmayıb və vətəndaşlar, eləcə də sahibkarlar sərbəst vəsaitlərini daha çox daşınmaz əmlaka yönəldirlər, bu sahə investisiya baxımından üstün mövqeyini saxlayacaq. Bu meyl xüsusilə pandemiyadan sonra daha da güclənib. Pandemiya dövrü daşınmaz əmlakın etibarlı investisiya vasitəsi olduğunu göstərdi. Qiymət artımı və icarədən gəlir əldə etmək imkanı bu sahəyə marağı daha da artırdı. İnflyasiya və digər iqtisadi amillər nəzərə alındıqda daşınmaz əmlakdakı qiymət artımı real ifadədə o qədər də yüksək deyil. Lakin bazarda qiymətləndirmə nominal rəqəmlərlə aparılır. Məsələn, əgər mənzilin qiyməti dünən 100, bu gün 120 manatdırsa, bu, qiymət artımı deməkdir. Pulun zaman dəyəri və mürəkkəb faiz kimi maliyyə hesablamaları daşınmaz əmlak bazarında qiymətlərin formalaşmasını müəyyən edən əsas meyar hesab olunmur".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Mövsümi giləmeyvələr tez xarab olur: Necə qorumaq olar?
-
Bakı-Şamaxı yolunda təhlükəli vəziyyət yarandı: AAYDA-dan açıqlama
-
Lisey və gimnaziya seçimi ilə bağlı son tarix dəyişdirildi
-
Mənzil bazarında gözlənilən dəyişiklik: Ekspertdən 2027 proqnozu
-
MİQ-in test imtahanı bu gün başlayır
-
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
XƏBƏR LENTİ
-
Lətafət Ələkbərovanın qızı İstanbulda əməliyyat olundu - (Video)
-
Prezident İlham Əliyev Emmanuel Makronu təbrik edib
-
Parlamentin növbədənkənar sessiyasının son iclası keçirilir
-
Prezident İlham Əliyev: Slovakiya Qarabağın bərpasında fəal iştirak edir
-
Prezident İlham Əliyev: Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir
-
Fakundo Baqnis dopinqə görə 12 ay müddətinə yarışlardan kənarlaşdırıldı
-
Prezident İlham Əliyev: Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir
-
Prezident İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış edirlər - (Canlı)
-
Moskvada terror aktının qarşısı alındı
-
Prezident İlham Əliyevin Şuşada Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub - (Foto)
-
Tramp xalqa müraciət edəcək
-
Mövsümi giləmeyvələr tez xarab olur: Necə qorumaq olar?
-
Bakı-Şamaxı yolunda təhlükəli vəziyyət yarandı: AAYDA-dan açıqlama
-
Braziliya prezidenti milli komandanı sərt tənqid etdi: Bu nə biabırçılıqdır?
-
Kəmalə Günəşli əməliyyat olundu - Xəstəxanadan görüntüləri - (Video)
-
Lisey və gimnaziya seçimi ilə bağlı son tarix dəyişdirildi
-
Şuşada Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub
-
IV Şuşa Qlobal Media Forumunun ikinci günü öz işinə başlayıb - (Foto)
-
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
"Qalatasaray" Sançes üçün təklif olunan 25 milyona "ağız büzdü"
-
DÇ-2026-da yarımfinal: Nəhənglər meydana çıxır
-
Mənzil bazarında gözlənilən dəyişiklik: Ekspertdən 2027 proqnozu
-
Qubada çayda çimən 11 yaşlı uşaq boğularaq həyatını itirdi
-
MİQ-in test imtahanı bu gün başlayır





