Dünya

ABŞ İran limanlarına qarşı blokadanı bərpa edəcəyini açıqlayıb

14 İyul 2026 00:16
Baxış: 524
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ qüvvələri iyulun 14-də Şərq vaxtı ilə saat 16:00-dan etibarən İran limanlarına daxil olan və oradan çıxan dəniz nəqliyyatına qarşı blokadanı bərpa edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Qeyd olunur ki, blokada İran limanlarına və sahil ərazilərinə istiqamətlənən, eləcə də həmin ərazilərdən tranzit keçən gəmilərə şamil olunacaq.

"ABŞ ordusu blokadanın tələblərinə əməl edən bütün gəmilər üçün regional sularda dəniz nəqliyyatının təhlükəsiz hərəkətini dəstəkləməyə davam edir. Bütün dənizçilərə Oman körfəzi və Hörmüz boğazına yaxınlaşarkən dənizçilər üçün yayımlanan bildirişləri izləmələri və 16-cı kanal vasitəsilə ABŞ Hərbi Dəniz Qüvvələri ilə əlaqə saxlamaları tövsiyə olunur", - deyə bəyanatda vurğulanır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.