“Bavariya” Harri Keynlə bağlı qərar verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Almaniya Bundesliqası təmsilçisi "Bavariya"nın hücumçusu Harri Keyn Avropanın aparıcı klublarının maraq dairəsindədir.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə TEAMtalk məlumat yayıb.
Mənbənin məlumatına görə, Münhen təmsilçisi İngiltərə millisinin kapitanı ilə yeni uzunmüddətli müqavilə imzalayacağına əmindir. Tərəflər arasında danışıqlar bir neçə aydır davam edir.
"Bavariya" rəhbərliyi Keynin yeni müqaviləyə imza atmasını "baş verib-verməyəcəyi deyil, nə vaxt baş verəcəyi" məsələsi kimi qiymətləndirir.
32 yaşlı hücumçunun hazırkı müqaviləsinin başa çatmasına 12 ay qalıb. Bu səbəbdən Avropanın bir sıra klubları onun vəziyyətini yaxından izləyir.
Keyn 2023-cü ildə İngiltərə Premyer Liqası təmsilçisi "Tottenhem"dən "Bavariya"ya keçib. O, Almaniya klubunun heyətində meydana çıxdığı 147 oyunda 146 qol vurub.
İspaniya La Liqası təmsilçiləri "Barselona" və "Real Madrid" futbolçunun müqavilə vəziyyəti ilə bağlı məlumat alıblar. Hər iki klub şərtlərin dəyişəcəyi təqdirdə prosesdən xəbərdar edilməsini istəyib.
İngiltərə Premyer Liqası təmsilçisi "Tottenhem" də keçmiş kapitanının durumunu izləyir. London klubunun Keynin "Bavariya"ya transferi zamanı müqaviləyə daxil edilən xüsusi bəndlər sayəsində vəziyyətlə bağlı məlumat aldığı bildirilir.
Hazırda geri dönüşlə bağlı danışıqlar aparılmır. Lakin uyğun şərait yaranacağı təqdirdə "Tottenhem"in gələn yay Keyni yenidən heyətinə qatmağa hazır ola biləcəyi qeyd olunur.
İngiltərə Premyer Liqasının digər klubları "Mançester Yunayted", "Çelsi" və "Mançester Siti" də hücumçu ilə maraqlanırlar.
"Mançester Yunayted"in ortaq sahiblərindən olan Cim Retkliff uzun müddətdir Keynin oyununu bəyənir. Mançester klubunun transfer imkanı yaranacağı halda, keçidi maliyyələşdirməyə hazır olduğu vurğulanır.
Səudiyyə Ərəbistanı Peşəkar Liqasının klubları da Keynlə maraqlanırlar. Lakin hücumçunun karyerasının hazırkı mərhələsində bu ölkəyə köçmək istəmədiyi bildirilir.
"Bavariya" Keynlə yeni müqaviləni mövsüm başlamazdan əvvəl imzalamaq istəyir. Klub danışıqların transfer pəncərəsinin bağlanmasından sonraya qalmasından narahat deyil, lakin məsələnin dekabr və ya yanvar ayına qədər həllini tapmasına üstünlük verir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Ronaldo milli komandanı tərk etməsi ilə bağlı açıqlama yayıb
-
"Barselona" Holann üçün 151 milyon avro təklif edəcək
-
Ronaldo millinin düşərgəsini tərk edib
-
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
-
Altı dəfə Fransa çempionu olan klub 2 manata satıldı
-
İspaniyanın ən yüksək maaş alan idmançısı
XƏBƏR LENTİ
-
Axşam yeməyində makaron yemək bu 2 səbəbə görə kökəltmir
-
“Özcan məni ölümlə hədələyir” - müğənninin qardaşı - (Foto)
-
Ronaldo milli komandanı tərk etməsi ilə bağlı açıqlama yayıb
-
“Eşref” geri qayıdır
-
Zığ şosesində yük avtomobili aşdı, yol bağlandı - Yenilənib (Foto)
-
"Barselona" Holann üçün 151 milyon avro təklif edəcək
-
Günün qoroskopu: Şəxsi həyatınız enişli-yoxuşlu olmağa davam edir
-
Sabah Yasamalda işıq olmayacaq
-
Kürdəmirdə işçilər xəbərdarlıq edilmədən işdən çıxarıldı - (Video)
-
Ronaldo millinin düşərgəsini tərk edib
-
Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - (Video)
-
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
-
Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib
-
Getdiyi sürətlə körpüyə çırpıldı - Hadisə yerindən (Video)
-
Netanyahu 150 nəfəri xilas edn qəhrəman sərnişinlə görüşdü - (Video)
-
Altı dəfə Fransa çempionu olan klub 2 manata satıldı
-
İspaniyanın ən yüksək maaş alan idmançısı
-
Azərbaycan sahillərinin yeni müdafiəçisi: "BARBAROS" sistemi tədarük olunacaq
-
Krista Paykın edamı təxirə salındı
-
Baş prokuror: Cinayətlərin təxminən yarısı yeni texnologiyalar vasitəsilə törədilir - müsahibə
-
Erməni turist 5 günlük Bakı təcrübəsindən danışdı
-
Bakıda 20-dək binanın söküləcəyi küçələrin adları açıqlandı
-
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
-
"Atam azərbaycanlıdır, babamın məzarı Sumqayıtdadır" - Stas Mixaylov





