Pizza dadında yulaflı poğaça resepti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Klassik poğaçalara ləzzətli və faydalı bir alternativ olan bu resept yulafın doyuruculuğunu pizza dadını xatırladan pendir, bibər və ədviyyatlarla birləşdirir. Yumşaq teksturası və praktik hazırlanışı ilə istər səhər yeməyi, istərsə də çay saatları üçün mükəmməldir.
Milli.Az lazım olan ərzaqlaı təqdim edir:
2 ədəd yumurta, 2 stəkan yulaf əzməsi, 90 qram sürtgəcdən keçirilmiş kaşar pendiri.
1 xörək qaşığı tomat pastası, 2 xörək qaşığı çia toxumu, 2 xörək qaşığı balqabaq tumu içi, 2 xörək qaşığı günəbaxan tumu içi.
1 ədəd qırmızı kapya bibər, 2 ədəd yaşıl bibər, 10 ədəd çəyirdəksiz qara zeytun, 1 xörək qaşığı zeytun yağı, yarım stəkan isti su.
Yarım paket qabartma tozu, 1 çay qaşığı kəklikotu, 1 çay qaşığı pul bibər, 1 çay qaşığı sumaq, yarım çay qaşığı qara istiot, 1 çay qaşığı duz.
Üzəri üçün: Ayrılmış yumurta, küncüt, çörəkotu, istəyə görə bir qədər balqabaq tumu.
Hazırlanması:
Geniş bir qabda yulaf əzməsi, çia toxumu, qabartma tozu, duz və ədviyyatları qarışdırın.
Ayrı bir qabda yumurtaları çalın. Üzərinə isti su, zeytun yağı və tomat pastasını əlavə edib pürüzsüz hala gətirin (üzərinə sürmək üçün 1 xörək qaşığı yumurtadan ayırmağı unutmayın).
Maye qarışığı quru ərzaqların üzərinə tökün. Sürtgəcdən keçirilmiş pendiri, xırda doğranmış bibərləri və dilimlənmiş zeytunu əlavə edib qarışdırın.
Balqabaq və günəbaxan tumlarını yağsız tavada yüngülcə qovurub xəmirə qatın. Qarışığı 8-10 dəqiqə dinləndirin ki, yulaf suyu tam çəksin. (Lazım gələrsə, bir az isti su əlavə edib qvamı tənzimləyin).
Mandalin böyüklüyündə parçalar alıb əlinizlə forma verin və yağlı kağız sərilmiş sinə düzün. Üzərinə ayırdığınız yumurtanı sürtün, küncüt və çörəkotu səpin.
Əvvəlcədən isidilmiş 190 dərəcəlik sobada üzəri qızarana qədər 20-25 dəqiqə bişirin.
Xəmirin 8-10 dəqiqə dinlənməsi yulafın mayeni çəkməsini təmin edir və formanı daha rahat verməyə kömək edir.
Çərəzləri tavada yüngülcə qovurmaq poğaçaya əlavə çıtırtı və daha zəngin ətir qatır.
İstəsəniz kaşar pendiri əvəzinə dil pendiri və ya mozarella da istifadə edə bilərsiniz.
Nuş olsun!
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
10 dəqiqəyə hazır - yumurtasız şokoladlı keks resepti
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun
-
Gavalı və digər meyvələrlə bişirilən toyuq budu resepti
-
Makaronun süzdükdən sonra suyunu tökməyin
XƏBƏR LENTİ
-
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - (Foto)
-
Şəki Xan Sarayına kimlər daha çox gedir: Yerli, yoxsa xarici turistlər?
-
“Navai” azadlığa buraxıldı
-
İntensiv yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Nizami rayon prokuroru vəzifəsindən azad edildi
-
Bu şəxslər üçün iş icazəsinin alınması tələb olunmayacaq
-
Azərbaycanda elektron ticarətlə bağlı yeni qaydalar gəlir
-
Hərbi xidmətdə bu qaydanı pozanlar 500 manatadək cərimə ediləcək
-
Ronaldu cəzasının yüngülləşdirilməsini istədi
-
Uşaq bağçasında nöqsanlar aşkarlandı
-
Pensiyalar ödənildi - Rəsmi
-
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
-
Ovçuluq bileti almaq istəyənlərin nəzərinə: Qiymətlər və qaydalar açıqlandı
-
Ərinin qətlini sifariş verməkdə ittiham olunan qadından xəbər var
-
Zerrin Özerə daha bir ağır itki
-
“Sabah” mənə 4 dəfə çox maaş təklif etdi” - Mikels
-
Metroda xüsusi rejim tətbiq olunacaq
-
117 yaşlı Kamile nənənin pensiyası kəsildi - (Foto)
-
Avtoxuliqanlığa görə cərimələr nə qədərdir?
-
Avqustda rəis təyin olunan Vüsal İbrahimov vəfat etdi
-
Röyanın gəlinləri və dostları ilə rəqsi diqqət çəkdi - (Video)
-
İşğaldan azad olunmuş bölgələr sürətlə inkişaf etdirilir - Kamaləddin Qafarov
-
Makronun hakimiyyəti çökür? - Fransada minlərlə insan saxlanıldı
-
79 yaşlı rus aktyor 3-cü arvadından da boşandı





