Cəmiyyət

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

13 İyul 2026 22:34
Baxış: 1 130
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Digital Classifieds" OÜ şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edib.

Milli.Az Valyuta.az-a istinadən xəbər verir ki, kreditorlar tələblərini iki ay ərzində AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi, 75 ünvanına təqdim edə bilərlər.

Qeyd edək ki, "Digital Classifieds" Azərbaycanda istifadəçilərə avtomobil, daşınmaz əmlak, müxtəlif məhsulların alqı-satqısı, eləcə də iş elanları üzrə xidmət göstərən dörd onlayn platformanın hazırlanması, idarə olunması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.

Azərbaycan internet bazarında fəaliyyət göstərən bu platformaların rəhbəri kimi Mixail Lomtadzenin adı çəkilir. 2021-ci il avqustun 16-da şirkət dövlət qeydiyyatına alınıb, hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsi 75-dir. Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı Mamuka Kırvalıdzedir.

"Digital Classifieds" Qazaxıstanın aparıcı texnologiya şirkətlərindən olan "Kaspi.kz" qrupuna daxildir. Şirkət ölkənin ən çox ziyarət olunan elan platformalarından olan "Turbo.az", "Tap.az", "Boss.az" və "Bina.az"ın operatorudur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.