"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sabah" UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində iyulun 14-də Uelsin TNS klubu ilə cavab matçına çıxacaq.
Milli.Az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"İlk növbədə qeyd etmək istəyirəm ki, burada olduğumuz üçün çox xoşbəxtik. Həm futbolçular, həm də məşqçilər heyəti sabahkı oyunu böyük həyəcanla gözləyir.
Düzdür, cavab qarşılaşmasını səfərdə, İngiltərədə keçirəcəyik. İlk oyundan fərqli olaraq sabah daha yüksək konsentrasiya ilə çıxış etməliyik. Bilirik ki, rəqib doğma meydanda oynayacaq və burada yaradılacaq atmosferin fərqindəyik. Hamıya məlumdur ki, ev sahibi komandalar öz meydanında adətən 20-25 faiz daha yaxşı çıxış edirlər.
Buna görə də arxayınlaşa bilmərik. İlk oyunda üstünlük qazanmağımıza baxmayaraq düşünməməliyik ki, artıq hər şey həll olunub. Əksinə, sabah da əlimizdən gələni etməli, meydandan qələbə ilə ayrılmağa çalışmalı və daha güclü komanda olduğumuzu bir daha sübut etməliyik.
Sevindirici haldır ki, komandamız səfərə heç bir zədə problemi olmadan gəlib. Çox rahat və uğurlu səfər etdik, hətta uyğunlaşmaq üçün adət etdiyimizdən bir gün əvvəl bura gəldik. Komandada əhval-ruhiyyə yüksəkdir, hər kəs özünü yaxşı hiss edir. Sadəcə Stiv Solvet düşərgəmizdə deyil. Sabah meydanda ən yaxşı oyunumuzu göstərməli və keyfiyyətimizi bir daha nümayiş etdirməliyik". (qol.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünya üçün fəlakət tarixi açıqlandı: Okeanlar buxarlanacaq
-
Pizza dadında yulaflı poğaça resepti
-
Paşinyan 3 min metr yüksəklikdə (Video)
-
Beynəlxalq dil sertifikatları tanınmır? - DİM-dən açıqlama
-
Bəndər-Abbasın şərqində dörd partlayış baş verib
-
ABŞ İran limanlarına qarşı blokadanı bərpa edəcəyini açıqlayıb
-
Günün qoroskopu: Bu gün ünsiyyət sizin üçün əsas vasitə olacaq
-
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
-
Nahidə Babaşlı ikinci dəfə ailə qurur - (Foto)
-
KİV - Mahmud Əhmədinejad "Mossad"la əməkdaşlıq etdiyinə görə həbs edilib
-
Venesuelada zəlzələdə ölənlərin sayı 4 500 nəfəri keçib
-
Kanalda batan uşağın gözdən əlil anası - “Meyitini gətirin, əlimi sürtüm”
-
"Neftçi" son yoxlama oyununda "Osiyek"ə uduzub
-
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
-
Aygün Kazımova Röyanın qonağı oldu (Foto)
-
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
-
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
-
Shahin Novrasli Festival 2026 möhtəşəm Braziliya musiqisi konserti və canlı karnavalla başa çatdı (Foto)
-
"Bizə daha çox transfer lazımdır"
-
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib (Foto)
-
"Əsl bombanı gözləyin" - Haluk Levent açıqlama yaydı
-
Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc itkin düşdü
-
Argentina millisinin DÇ-dən kənarlaşdırılması ilə bağlı petisiya yaradıldı
-
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir (Foto)





