"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsrail Knesseti 1915-ci il Osmanlı imperiyasında baş vermiş hadisələrin "erməni soyqırımı" kimi tanınmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsini təxirə salıb.
Milli.Az xəbər verir ki, bu barədə "Jerusalem News Syndicate" portalı İsrail rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, qərar İsrail Nazirlər Kabinetinin müvafiq təşəbbüsü yekdilliklə dəstəkləməsindən bir ay sonra qəbul edilib. Lakin regionda yaranan yeni gərginlik və davam edən diplomatik proseslər fonunda məsələ hələlik parlamentin yekun səsverməsinə çıxarılmayacaq.
Nəşr qeyd edir ki, Knesset həftənin sonunda yay tətilinə çıxacaq və fəaliyyətini oktyabrın 27-nə təyin olunmuş parlament seçkilərindən sonra bərpa edəcək.
Qanun layihəsinin hökumətdə təşəbbüskarı İsrailin xarici işlər naziri Gideon Saar olub. İsrail indiyədək 1915-ci il hadisələrini rəsmi şəkildə "erməni soyqırımı" kimi tanımaqdan çəkinirdi. Lakin Prezident Rəcəb Tayyib Ərdoğanın sərt anti-İsrail bəyanatlarından sonra Türkiyə ilə münasibətlərin pisləşməsi hökumətin bu təşəbbüsü dəstəkləməsinə səbəb olmuşdu.
Bununla belə, parlament səsverməsinin təxirə salınması bir sıra müşahidəçilər tərəfindən Yaxın Şərqdəki qeyri-sabit vəziyyət fonunda İsrail-Türkiyə münasibətlərində gərginliyi azaltmaq cəhdi kimi qiymətləndirilir.
Məsələdə Azərbaycanın mövqeyinin də mühüm rol oynadığı vurğulanır. Ötən ay rəsmi Bakı İsrail Nazirlər Kabinetinin qərarını pisləyərək onun yenidən nəzərdən keçirilməsinə çağırmışdı.
Qeyd olunur ki, Azərbaycan həm İsrail, həm də Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərini qoruyur və iki müttəfiq arasında əsas vasitəçilərdən biri hesab olunur. İsrail üçün Azərbaycanla tərəfdaşlıq təhlükəsizlik, enerji və regional sabitlik baxımından xüsusi əhəmiyyət daşıyır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Dünya üçün fəlakət tarixi açıqlandı: Okeanlar buxarlanacaq
-
Paşinyan 3 min metr yüksəklikdə (Video)
-
Bəndər-Abbasın şərqində dörd partlayış baş verib
-
ABŞ İran limanlarına qarşı blokadanı bərpa edəcəyini açıqlayıb
-
KİV - Mahmud Əhmədinejad "Mossad"la əməkdaşlıq etdiyinə görə həbs edilib
-
Venesuelada zəlzələdə ölənlərin sayı 4 500 nəfəri keçib
XƏBƏR LENTİ
-
Dünya üçün fəlakət tarixi açıqlandı: Okeanlar buxarlanacaq
-
Pizza dadında yulaflı poğaça resepti
-
Paşinyan 3 min metr yüksəklikdə (Video)
-
Beynəlxalq dil sertifikatları tanınmır? - DİM-dən açıqlama
-
Bəndər-Abbasın şərqində dörd partlayış baş verib
-
ABŞ İran limanlarına qarşı blokadanı bərpa edəcəyini açıqlayıb
-
Günün qoroskopu: Bu gün ünsiyyət sizin üçün əsas vasitə olacaq
-
"Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
-
Nahidə Babaşlı ikinci dəfə ailə qurur - (Foto)
-
KİV - Mahmud Əhmədinejad "Mossad"la əməkdaşlıq etdiyinə görə həbs edilib
-
Venesuelada zəlzələdə ölənlərin sayı 4 500 nəfəri keçib
-
Kanalda batan uşağın gözdən əlil anası - “Meyitini gətirin, əlimi sürtüm”
-
"Neftçi" son yoxlama oyununda "Osiyek"ə uduzub
-
“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
-
Aygün Kazımova Röyanın qonağı oldu (Foto)
-
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
-
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
-
Shahin Novrasli Festival 2026 möhtəşəm Braziliya musiqisi konserti və canlı karnavalla başa çatdı (Foto)
-
"Bizə daha çox transfer lazımdır"
-
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib (Foto)
-
"Əsl bombanı gözləyin" - Haluk Levent açıqlama yaydı
-
Mobil telefona görə qəbul imtahanına buraxılmayan gənc itkin düşdü
-
Argentina millisinin DÇ-dən kənarlaşdırılması ilə bağlı petisiya yaradıldı
-
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir (Foto)





