Daha təhlükəsiz yollar naminə: AMAK və Bolt Azərbaycan əməkdaşlığa başlayır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli Avtomobil Klubu (AMAK) və Bolt Azərbaycan yol təhlükəsizliyi, dayanıqlı mobillik və müasir nəqliyyat həllərinin inkişafı istiqamətində əməkdaşlığı gücləndirmək məqsədilə Anlaşma Memorandumu imzalayıb.
Memorandum hər iki tərəfin Azərbaycanda daha təhlükəsiz yol mühitinin formalaşdırılması, məsuliyyətli yol hərəkəti mədəniyyətinin təşviqi və mobillik sahəsində innovativ yanaşmaların dəstəklənməsi istiqamətində ortaq öhdəliyini əks etdirir.
Əməkdaşlıq çərçivəsində tərəflər yol təhlükəsizliyi üzrə maarifləndirmə kampaniyaları, tədqiqat və məlumat əsaslı təhlillər, təlim proqramları, korporativ avtoparkların təhlükəsizliyi, eləcə də innovativ mobillik həllərinin inkişafı istiqamətində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirəcəklər. Bununla yanaşı, dövlət qurumları, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın inkişaf etdirilməsi və şəhər mobilliyi sahəsində yeni tendensiyalar üzrə dialoqun təşviqi də əməkdaşlığın əsas istiqamətləri sırasında olacaq.
Bolt uzunmüddətli dövrdə yol təhlükəsizliyini şirkətin əsas prioritetlərindən biri kimi müəyyən edib və bu istiqamətdə müxtəlif təşəbbüslər həyata keçirir. Şirkət tətbiq daxilində təhlükəsizlik funksiyalarını davamlı inkişaf etdirməklə yanaşı, Bolt Akademiyası vasitəsilə sürücülərin peşəkar hazırlığını dəstəkləyir. Bu günədək Azərbaycanın beş şəhərində 3 000-dən çox sürücü Bolt-un maliyyə dəstəyi ilə peşəkar hazırlıq keçərək sertifikat əldə etmək imkanı qazanıb.
Bundan əlavə, Bolt məktəblər və universitetlər üçün təşkil olunan "Yol Təhlükəsizliyi" (Road Safety) proqramları çərçivəsində regionlarda maarifləndirici sessiyalar keçirərək uşaq və gənclərdə təhlükəsiz yol davranışı ilə bağlı biliklərin artırılmasına töhfə verir.
Bolt Azərbaycanın Dövlət Siyasəti və Əlaqələr üzrə rəhbəri Maarfiə Paşayeva bildirib:
"Yol təhlükəsizliyinin artırılması yalnız texnoloji həllərlə mümkün deyil. Bunun üçün maarifləndirmə, peşəkar sürücü hazırlığı və müxtəlif tərəflər arasında əməkdaşlıq vacibdir. AMAK ilə əməkdaşlığımızın bu istiqamətdə yeni layihələrin həyata keçirilməsinə və Azərbaycanda daha təhlükəsiz mobillik mühitinin formalaşmasına töhfə verəcəyinə inanırıq."
Azərbaycanın rəsmi avtomobil klubu olan AMAK 1999-cu ildə təsis edilib və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) tamhüquqlu üzvüdür. Təşkilat 25 ildən artıqdır ki, dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektor tərəfdaşları ilə birlikdə yol təhlükəsizliyi, dayanıqlı mobillik, sürücü davranışı və ictimai maarifləndirmə istiqamətində milli və beynəlxalq layihələr həyata keçirir.
Bu əməkdaşlıq vasitəsilə AMAK və Bolt Azərbaycanda daha təhlükəsiz, ağıllı və dayanıqlı mobillik ekosisteminin inkişafına birgə töhfə verməyi hədəfləyirlər.
https://www.instagram.com/milliavtoklub/
https://www.instagram.com/bolt.az/
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev və Peter Pelleqrini bir-birinə xatirə hədiyyələri təqdim ediblər - (Video/Foto)
-
Qarabağ Universitetində yüksək vəzifəyə təyinat oldu
-
Heyvanların identifikasiyası nə üçün vacibdir?
-
Sevda Nəciyeva vəfat etdi
-
Daha təhlükəsiz yollar naminə: AMAK və Bolt Azərbaycan əməkdaşlığa başlayır
-
Faydalı qazıntı yataqları hərraca çıxarılacaq
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev və Peter Pelleqrini bir-birinə xatirə hədiyyələri təqdim ediblər - (Video/Foto)
-
Prezidentin Şuşadan verdiyi mesajlar Azərbaycanın strateji hədəflərini müəyyənləşdirir - Sevil Mikayılova
-
Qarabağ Universitetində yüksək vəzifəyə təyinat oldu
-
Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu - (Video)
-
Heyvanların identifikasiyası nə üçün vacibdir?
-
Əməkdar artist: "Mətbəxə girmirəm, saçımı daramıram, 20 ildir bazarlığı sürücümüz edir"
-
Seneqal millisinin əsas həkimi ginekoloq imiş
-
Sevda Nəciyeva vəfat etdi
-
Daha təhlükəsiz yollar naminə: AMAK və Bolt Azərbaycan əməkdaşlığa başlayır
-
Faydalı qazıntı yataqları hərraca çıxarılacaq
-
"Həmişə döyüş oyunları oynayardı" - Əmisi oğlu Polad Həşimovdan danışdı - (Foto)
-
Avropada 14 minə yaxın insan istidən öldü
-
Bakıda və bölgələrdə güclü külək olacaq - Xəbərdarlıq edildi
-
Peter Pelleqrini Prezident İlham Əliyevlə avtomobildə selfi çəkdirib
-
"Sabah"ın hücum xəttinə 5 milyon avroluq namizəd
-
21 nömrəli bağça bağlanır? - Təhsil İdarəsindən açıqlama
-
Həkimdən 40 yaşdan sonra vitamin qəbulu ilə bağlı xəbərdarlıq
-
59 yaşında oğlunun müəllim işlədiyi mərkəzin məzunu oldu - (Foto)
-
Holandın aldığı qeyri-adi suvenir diqqət çəkdi - (Foto)
-
Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənildi
-
Prezident İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar - (Foto)
-
Qızı İlber Ortaylının əşyalarını 7-8 manatdan satır…- (Foto)
-
Azərbaycan güc qovşağı kimi: Bakının coğrafiyası Avrasiyanın siyasi kapitalına necə çevrildi
-
Nihat Kahveci saxlanıldı - (Foto)





