Prezident İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar - (Foto)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoyublar.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Azərbaycan və Slovakiya prezidentlərinə Ağdamın Baş Qərvənd kəndində görülən işlər barədə məlumat verdi.
Baş Qərvənd kəndi Bərdə-Ağdam avtomobil yolunun və Bərdə-Ağdam dəmir yolu xəttinin sağ tərəfində, Ağdam şəhərinin mərkəzindən 18 kilometr məsafədə yerləşir. Uzun illər erməni işğalı altında qalan kənd 2020-ci il noyabrın 20-də azad edilib.
Prezident İlham Əliyev kəndin təməlini 2023-cü il dekabrın 24-də qoyub.
Hazırda kənddə zəruri sosial infrastruktur qurulur, o cümlədən inzibati və xidmət binaları inşa edilir. Burada çoxfunksiyalı inzibati bina, tibb məntəqəsi, tam orta məktəb, uşaq bağçaları olacaq.
Kənddə ümumi uzunluğu 35 kilometr olan avtomobil yolları çəkilir, rabitə sistemi, elektrik, qaz, içməli su və çirkab suların axıdılması şəbəkələri yaradılır. Enerji daşıyıcılarına qənaət etmək məqsədilə Baş Qərvənd kəndində alternativ enerjidən istifadə olunacaq.
Azərbaycan və Slovakiya prezidentlərinə Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəbi barədə də məlumat verildi.
Bildirildi ki, məktəbin ərazisi 3 hektardır. Binada ümumilikdə 35 sinif, texnologiya, hərbi hazırlıq, kompüter otaqları, kitabxana, fizika, biologiya və kimya laboratoriyaları yaradılacaq.
Burada, eyni zamanda, akt və idman zalları, bufet və digər zəruri tədris infrastrukturu olacaq.
Binanın elektrik təchizatını təmin etmək üçün Günəş panellərinin quraşdırılması nəzərdə tutulur.
Məktəbin ərazisində həm şagirdlər, həm də sakinlər üçün qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri yaradılacaq, yaşıllıq zolaqları salınacaq.
Azərbaycan və Slovakiya prezidentləri məktəbin təməlini qoydular.
Qeyd edək ki, Baş Qərvənd kəndinin inşasında Slovakiya şirkətləri iştirak edirlər. Kənddə inşa olunacaq məktəb isə Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunur.
Sonra dövlət başçıları kənddə inşa edilmiş evdə yaradılan şəraitlə tanış oldular.
Diqqətə çatdırıldı ki, ümumi ərazisi 480 hektara yaxın olan kəndin tikintisi 2 mərhələdə aparılacaq. Birinci mərhələ 200 hektardan çox sahəni əhatə edir. Bu mərhələdə 3703 nəfərin yaşayışı üçün 851 fərdi ev inşa olunacaq. Evlərdən 170-i ikiotaqlı, 417-si üçotaqlı, 145-i dördotaqlı, 119-u isə beşotaqlıdır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar - (Foto)
-
Prezident İlham Əliyevin Peter Pelleqrini ilə Şuşada görüşünü əks etdirən kadrlar dövlət başçısının sosial şəbəkə hesablarında paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev və Slovakiya Prezidenti Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar - (Video/Foto)
-
Slovakiya Prezidenti: Azərbaycan regionun sabitliyinin, inkişafının qarantı və əsas oyunçusudur
-
Prezident İlham Əliyev Emmanuel Makronu təbrik edib
-
Prezident İlham Əliyev: Əminəm ki, bundan sonra da Azərbaycan-Slovakiya münasibətləri inkişaf edəcək - (Video)
XƏBƏR LENTİ
-
Sevda Nəciyeva vəfat etdi
-
Daha təhlükəsiz yollar naminə: AMAK və Bolt Azərbaycan əməkdaşlığa başlayır
-
Faydalı qazıntı yataqları hərraca çıxarılacaq
-
"Həmişə döyüş oyunları oynayardı" - Əmisi oğlu Polad Həşimovdan danışdı - (Foto)
-
Avropada 14 minə yaxın insan istidən öldü
-
Bakıda və bölgələrdə güclü külək olacaq - Xəbərdarlıq edildi
-
Peter Pelleqrini Prezident İlham Əliyevlə avtomobildə selfi çəkdirib
-
"Sabah"ın hücum xəttinə 5 milyon avroluq namizəd
-
21 nömrəli bağça bağlanır? - Təhsil İdarəsindən açıqlama
-
Həkimdən 40 yaşdan sonra vitamin qəbulu ilə bağlı xəbərdarlıq
-
59 yaşında oğlunun müəllim işlədiyi mərkəzin məzunu oldu - (Foto)
-
Holandın aldığı qeyri-adi suvenir diqqət çəkdi - (Foto)
-
Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənildi
-
Prezident İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini Ağdamın Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar - (Foto)
-
Qızı İlber Ortaylının əşyalarını 7-8 manatdan satır…- (Foto)
-
Azərbaycan güc qovşağı kimi: Bakının coğrafiyası Avrasiyanın siyasi kapitalına necə çevrildi
-
Nihat Kahveci saxlanıldı - (Foto)
-
Yann Zommerin yeni klubu bilindi
-
Zaur Nəbioğluna vəzifə verildi
-
Azərbaycanlı aktrisa ayrıldığı əri ilə - (Foto)
-
Temperatur 40 dərəcəyə qalxacaq - Proqnoz
-
Bu günkü matçlara hansı kanallarda baxaq?
-
"Qarabağ" onu da göndərir
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi





