Alla Puqaçova Mayamidəki milyonluq evini qızına 1 dollara verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın məşhur müğənnisi Alla Puqaçova ABŞ-ın Mayami şəhərində yerləşən lüks mənzilini böyük qızı Kristina Orbakaytenin adına rəsmiləşdirib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, əmlakın alqı-satqı sənədlərində simvolik məbləğ - cəmi 1 dollar göstərilib.
Söhbət Mayaminin nüfuzlu Bal Harbour bölgəsində yerləşən Majestic Tower yaşayış kompleksindəki 285 kvadratmetrlik mənzildən gedir. Alla Puqaçova bu əmlakı 2004-cü ildə 2 milyon dollardan artıq məbləğə satın almışdı.
Dəbdəbəli mənzildə üç yataq otağı, dörd hamam otağı və Atlantik okeanına açılan mənzərə mövcuddur. Kompleksdə isə qızdırılan hovuzlar, tennis kortları, şəxsi kitabxana və helikopter meydançası kimi imkanlar sakinlərin istifadəsinə verilib.
Bildirilir ki, bu, mənzilin ilk dəfə ailə üzvləri arasında rəsmiləşdirilməsi deyil. Əvvəlki illərdə Kristina Orbakayte, Nikita Presnyakov və Mixail Zemtsov da əmlakın ortaq sahibləri olublar. Sonradan mülkiyyət hüququ bir neçə dəfə simvolik məbləğ qarşılığında ailə üzvləri arasında dəyişdirilib.
Məlumata əsasən, daha sonra bu daşınmaz əmlak ABŞ-da fəaliyyət göstərən trast fondlarının idarəçiliyinə verilib. İddialara görə, bu addım ailəyə məxsus əmlakın mümkün sanksiyalardan qorunması məqsədi daşıyır.
Qeyd olunur ki, sözügedən mənzil üzrə illik əmlak vergisi təxminən 40 min dollar təşkil edir. Daha əvvəl Rusiya mətbuatında Alla Puqaçovanın borclarla bağlı məhkəmə araşdırması ilə üzləşdiyi barədə də məlumatlar yayılmışdı.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? - Ekspert açıqladı
-
Müəllimlərin maaşı niyə gecikir? - Agentlikdən açıqlama
-
Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama
-
Əhmədlidə restoranda qətlin törədilməsində ittiham olunan 2 nəfər məhkəməyə çıxarılır
-
Sabah bu rayonun mərkəzində qaz kəsiləcək
-
Keçmiş icra başçısı Teymur Yəhyayev dünyasını dəyişdi
-
Qumralın ailəvi görüntüləri diqqət çəkdi - (Video)
-
Uşaq kitabındakı ifadələr qalmaqal yaratdı - (Video)
-
Bakılı dünya çempionu 200 min avro borca girib
-
Kadir İnanırın vəfatından 1 həftə sonra tətilə yollanıb
-
Filarmoniyada Xalq artisti Rauf Abdullayevə həsr olunmuş konsert keçirildi - (Foto)
-
Təkəri partlayan yük maşını aşdı, qoyunlar tələf oldu - (Video)
-
Xuraman Əlizadə atasından danışıb ağladı: "Su da içə bilmir" - (Video)
-
Sumqayıtda yağışlı günlərdə təkrarlanan problem: Kanal niyə daşır?
-
“Survivor” iştirakçısı Gürcüstanda saxlanıldı
-
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib - (Foto)
-
Xırdalanda sakinlər soyuqdan əziyyət çəkir: Qaz nə vaxt veriləcək?
-
Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirildi
-
Azərbaycan vətəndaşları Yaponiyaya vizasız səfər edə bilər
-
Dəfn mərasimində çalıb-oynadılar – Səbəbi təəccübləndirir - (Video)
-
Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib
-
Postmünaqişə dövründə etimad və barışığın bərpası ən çətin məsələlərdəndir - Hikmət Hacıyev
-
Qərb mediasının “mələk” olması barədə uydurma təsəvvür yaradılmışdı - Hikmət Hacıyev
-
Tanınmış stilist "İntuş" vəfat etdi





