Yamal Mbappeni kölgədə qoydu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransa millisi 2026-cı il dünya çempionatının yarımfinalında İspaniyaya 0:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Didye Deşamın komandası qarşılaşma boyu gözlənilən oyunu sərgiləyə bilməyib və statistik göstəricilər fransızların nə qədər çətin vəziyyətdə olduğunu ortaya qoyub.
Xüsusilə Kilian Mbappe, Maykl Olise və Usman Dembelenin liderlik etdiyi hücum xətti ilk hissədə, demək olar ki, təhlükə yarada bilməyib.
"Opta"nın məlumatına görə, Fransanın ilk 45 dəqiqədə gözlənilən qol göstəricisi (xG) cəmi 0,04 olub.
Fransızlar fasiləyədək cəmi iki zərbə endiriblər. Bu zərbələrin heç biri qapı çərçivəsinə yönəlməyib və onların heç biri cərimə meydançasının daxilindən vurulmayıb. Bundan başqa, komanda ilk hissədə üç dəfə ofsayda düşüb.
İkinci hissədə də vəziyyət ciddi şəkildə dəyişməyib. Matçın yekununda Fransanın ümumi xG göstəricisi 0,3 olub ki, bu da komandanın hücumdakı zəif çıxışını əks etdirir.
İspaniya hesabı 20-ci dəqiqədə açıb. Lukas Dinin Lamin Yamala qarşı cərimə meydançasında etdiyi kobudluqdan sonra təyin olunan penaltini Mikel Oyarzabal dəqiq yerinə yetirib. Pedro Porro isə 60-cı dəqiqədə Dani Olmo ilə qurulan kombinasiyanı qolla tamamlayaraq hesabı 2:0-a çatdırıb.
Bu qarşılaşma Kilian Mbappe üçün şəxsi baxımdan da uğursuz statistika ilə yadda qalıb. "Real Madrid"in hücumçusu klub və milli komanda səviyyəsində Lamin Yamal ilə keçirdiyi 11-ci dueldə doqquzuncu məğlubiyyətini alıb. Mbappe bu rəqabətdə indiyədək cəmi iki dəfə qalib gələ bilib.
Fransa turnirlə vidalaşsa da, komanda üçün mundial hələ başa çatmayıb. "Les Bleus" şənbə günü üçüncü yer uğrunda keçiriləcək oyunda Argentina-İngiltərə cütünün məğlub tərəfi ilə qarşılaşacaq.
İspaniya isə finalda ikinci yarımfinalın qalibini gözləyir. Lionel Messinin kapitanı olduğu Argentina ilə Harri Keynin kapitanlıq etdiyi İngiltərə həlledici görüşə vəsiqə uğrunda mübarizə aparacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
“Real Madrid”in sabiq hücumçusu İspaniya klubunu çalışdıracaq
-
Xankəndi stadionunda keçiriləcək ilk rəsmi oyun bu tarixdə olacaq
-
Haaland “Qızıl oyunçu” oldu
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





