Kosmetik məhsulları seçərkən nəyə diqqət etməliyik?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Kosmetik məhsulların düzgün seçilməsi və istifadəsi insanların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır".
Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-gigiyena nəzarəti və ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov səsləndirib.
Onun sözlərinə görə, kosmetik məhsul alarkən ilk növbədə məhsulun təhlükəsizlik göstəricilərinə, mənşəyinə, tərkibinə və saxlanma şəraitinə diqqət yetirilməlidir.
"Kosmetik vasitələr birbaşa dəri ilə təmasda olduğundan yanlış seçim və ya sağlamlıq üçün təhlükəli maddələrdən ibarət məhsulların istifadəsi ciddi allergik reaksiyalara və müxtəlif dəri xəstəliklərinə səbəb ola bilər. Bu baxımdan istehlakçılara kosmetik məhsul seçərkən onun gigiyenik sertifikatının mövcudluğunu və qüvvədə olma müddətini yoxlamaları tövsiyə olunur", - deyə mütəxəssis bildirib.
Orxan İsmayılov xatırladıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyun 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı"na daxil olan sanitariya nəzarətinə aid qeyri-ərzaq məhsulları ölkəyə idxal edilərkən Respublika Sanitariya-Karantin Mərkəzi tərəfindən gigiyenik sertifikatlaşdırmadan keçirilir.
Həkim-gigiyenistin sözlərinə görə, məhsulun qablaşdırılması bütöv olmalı, istehsal və son istifadə tarixləri aydın göstərilməlidir:"Son istifadə tarixi silinmiş, dəyişdirilmiş və ya üzərinə əlavə etiket yapışdırılmış məhsulların alınması məqsədəuyğun deyil. Eyni zamanda, qablaşdırmada açıq qab işarəsi ilə göstərilən və 6M, 12M kimi ifadə olunan açıldıqdan sonrakı istifadə müddətinə (PAO) də diqqət yetirilməlidir. Bu göstərici məhsulun açıldıqdan sonra istehsalçı tərəfindən müəyyən edilmiş müddət ərzində təhlükəsiz istifadə oluna biləcəyini göstərir".
Mütəxəssis qeyd edib ki, məhsulun tərkibi diqqətlə oxunmalı, fərdi həssaslıq yarada biləcək komponentlər nəzərə alınmalıdır. Xüsusilə Methylparaben və Propylparaben kimi qoruyucu maddələrin, eləcə də bəzi şampunlarda istifadə olunan kimyəvi komponentlərin minimum səviyyədə olmasına üstünlük verilməsi tövsiyə edilir. Ətir seçərkən isə allergiya və qızartıya səbəb ola biləcək maddələrdən çəkinmək lazımdır.
Orxan İsmayılov bildirib ki, mənşəyi məlum olmayan, ucuz və saxta pomada və göz kölgələrinin tərkibində normadan artıq qurğuşun və civə kimi ağır metallar ola bilər: "Bu cür maddələr uzunmüddətli istifadə zamanı orqanizmdə toplanaraq sağlamlıq üçün risk yarada bilər. Buna görə kosmetik məhsullar yalnız etibarlı və rəsmi satış məntəqələrindən alınmalıdır. Məhsullar istehsalçının müəyyən etdiyi saxlanma şəraitində qorunmalı, güclü işıq və istilik mənbələrinin təsirindən uzaq saxlanılmalıdır. Əks halda onların kimyəvi tərkibi dəyişə və keyfiyyəti vaxtından əvvəl pisləşə bilər."
Həkim-gigiyenist əlavə edib ki, kosmetik məhsul seçilərkən dəri tipi mütləq nəzərə alınmalıdır. Yağlı və sızanağa meylli dəri üçün "Non-comedogenic" (məsamələri tutmayan), həssas və allergiyaya meylli dəri üçün isə "Hypoallergenic" (allergik riski azaldılmış) və "Fragrance-free" (ətirsiz) qeyd olunan məhsullara üstünlük verilməsi tövsiyə olunur.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
XƏBƏR LENTİ
-
Göygöldə ağır qəza - Yaralananlar var
-
Tramp Zelenskini G20 sammitinə dəvət edəcək
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
-
Ev açarlarını bu 3 yerə qoymayın
-
Çayın acılığını və bulanıqlığını yox edir: Dəmliyə 2 ədəd atmaq kifayətdir
-
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
-
Günün qoroskopu: Tərəfdaşlıq və ya müqavilə imzalaya bilərsiniz
-
Cəmil Kamilliyə və Elşad Məmmədliyə vaxtından əvvəl xüsusi rütbə verildi - (Foto)
-
Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb
-
Nanə Ağamalıyeva uzun aradan sonra - (Foto)
-
İki cüdoçumuz Avropa çempionu olub
-
Röya tanınmaz obrazda - (Foto/Video)
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
-
Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir - (Foto)
-
Qaxda 7 nəfərin zəhərlənməsinin səbəbi məlum olub - Yenilənib
-
Sumqayıtda zəncirvari qəza olub
-
Faciəvi şəkildə ölən Elçinin (Fotosu)
-
Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
-
Aydan Salahovanın “Qız Qalası” layihəsi Azərbaycan Milli İncəsənət Muzeyində açıldı - (Foto)





