Baş Prokurorluq yayılmış əsassız iddialarla bağlı məlumat yayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son dövrlər vətəndaş Ağasəf İsmayılov tərəfindən müxtəlif media subyektlərində və sosial şəbəkələrdə sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinin guya obyektiv araşdırılmaması və digər xüsusatlar barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Milli.Az xəbər verir ki, sərnişindaşıma xidmətlərinin göstərilməsi fəaliyyətini həyata keçirən "Magna trans" məhdud məsuliyyətli cəmiyyətinin həmtəsisçisi İsmayılov Ağasəf İslam oğlunun digər təsisçilər tərəfindən Cəmiyyətin əmlaklarının onun məlumatı olmadan satılması və əldə olunan pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətləri əsasında "Magna Trans" MMC-nin fəaliyyəti ilə bağlı cinayət işi başlanılaraq hərtərəfli və obyektiv ibtidai istintaq aparılıb.
Araşdırmalar zamanı, eləcə də müxtəlif instansiya məhkəmələrinin qərarları ilə müəyyən edilib ki, tərəflər arasında yaranmış mübahisələr hüquqi şəxsin təsisçiləri arasında sahibkarlıq fəaliyyətindən irəli gələn mülki-kommersiya münasibətlərinə aid olub. Cinayət işi çərçivəsində təyin edilmiş vergi yoxlaması zamanı da hər hansı qanun pozuntusu aşkar edilməyib.
Toplanmış sübutların məcmusuna əsasən cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işi üzrə icraata qanunvericiliyin tələblərinə uyğun olaraq xitam verilib. Həmçinin, Ağasəf İsmayılovun avtobusların oğurlanması barədə müraciəti üzrə aparılmış araşdırma zamanı da iddialar öz təsdiqini tapmadığından cinayət işi başlanması rədd edilib.
Baş Prokurorluq vətəndaş Ağasəf İsmayılov tərəfindən yayılan qeyd olunan məlumatların həqiqəti əks etdirmədiyini bildirərək media subyektlərini və sosial şəbəkə istifadəçilərini yalnız rəsmi mənbələrə istinad etməyə və dəqiqləşdirilməmiş məlumatların yayılmasından çəkinməyə çağırır.
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan XİN vətəndaşlara xəbərdarlıq etdi
-
Zabrat-Kürdəxanı şosesində səsli svetoforlar quraşdırıldı
-
Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?
-
Azərbaycan açıq dialoqa və konstruktiv tərəfdaşlığa üstünlük verir - Kamaləddin Qafarov
-
Adi reyhan kompotunu unudun - Bu üsulla hazırlayın, dadına doymayacaqsınız
-
Baş Prokurorluq yayılmış əsassız iddialarla bağlı məlumat yayıb
XƏBƏR LENTİ
-
Azərbaycan XİN vətəndaşlara xəbərdarlıq etdi
-
Zabrat-Kürdəxanı şosesində səsli svetoforlar quraşdırıldı
-
Alla Puqaçova Mayamidəki milyonluq evini qızına 1 dollara verdi
-
Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?
-
Azərbaycan açıq dialoqa və konstruktiv tərəfdaşlığa üstünlük verir - Kamaləddin Qafarov
-
Kosmetik məhsulları seçərkən nəyə diqqət etməliyik?
-
Futbolçuların beyni barədə araşdırma həyəcan yaratdı
-
Adi reyhan kompotunu unudun - Bu üsulla hazırlayın, dadına doymayacaqsınız
-
Talehin reklamındakı aktrisa danışdı: "Qınayanlara demək istəyirəm ki..." - (Foto)
-
Baş Prokurorluq yayılmış əsassız iddialarla bağlı məlumat yayıb
-
Tehranda elektrik enerjisinə məhdudiyyətlər tətbiq olunacaq
-
Mbappe rekorda imza atdı
-
Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs saxlanılıb
-
ABŞ İrana qarşı yeni zərbələr endirdi
-
Oğlunun adından dələduzluq: Zaur Kamal onları polisə verdi - (Foto)
-
Maradonanın oğlu İngiltərə ilə oyun barədə: “Atam bu matçı adi hesab etməzdi”
-
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
-
Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıy barəsində qərar verildi
-
Səlim Abbasovun evində yanğın - (Video)
-
"Arzum"un adından dələduzluq - (Foto)
-
Dəniz suyunun temperaturu açıqlandı
-
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
-
Zinəddin Zidanın yeni iş yeri bəlli oldu
-
Rəqsanə ərini uşaq kimi əzizlədi, ona mahnı oxudu - (Video)





