Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabah, iyulun 16-dan etibarən Əbdüləzəl Dəmirçizadə küçəsində nəqliyyat vasitələrinin hərəkət istiqaməti əksinə dəyişdirilir. Dəyişiklik Nəqliyyatı Əlaqələndirmə Şurasının təsdiqlədiyi layihə çərçivəsində həyata keçirilir. Həyata keçirilən bu layihə daha əvvəl Koroğlu Rəhimov küçəsində və Xətai prospektində reallaşdırılan uğurlu layihələrin davamıdır.
Milli.Az xəbər verir ki, Təbriz küçəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələri əvvəlki istiqamətdən fərqli olaraq yalnız Koroğlu Rəhimov və Əhməd bəy Ağaoğlu küçələri vasitəsilə hərəkətlərini davam etdirə biləcəklər.
Dəyişiklik nəticəsində Xətai prospekti ilə Əbdüləzəl Dəmirçizadə küçəsinin kəsişməsində işıqforun fazalarının sayı 3-dən 2-yə endiriləcək. Bu isə nəqliyyat vasitələrinin orta gözləmə müddətini təxminən 40 saniyəyə qədər azaldacaq, kəsişmənin ötürücülük qabiliyyətini artıracaq. Bu, əsasən Koroğlu Rəhimov küçəsi və Xətai prospekti, eyni zamanda Yusif Səfərov küçəsi və Heydər Əliyev prospektlərində hərəkət şəraitinə müsbət təsir göstərəcək.
Layihə çərçivəsində yeni avtobus zolağı da təşkil ediləcək. Yaradılan avtobus zolağı ümumi axına mane olmadan yalnız sağa, yəni Elm və Təhsil Nazirliyi istiqamətində avtobusların hərəkətini təmin edəcək.
Qeyd edək ki, layihənin icrası zamanı Dəmirçizadə küçəsində mövcud parklanma yerləri tam şəkildə saxlanılacaq.
Xatırladaq ki, bu, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan Ağaoğlu və Yusif Səfərov küçələrini birləşdirən tunelin inşasına kimi olan müvəqqəti həlldir.
DİGƏR XƏBƏRLƏR
-
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
-
Dəniz suyunun temperaturu açıqlandı
-
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
-
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlandı
-
Azərbaycanda hava dəyişir: Bəzi rayonlarda leysan yağacaq
-
"Ziraat Bank Azərbaycan"dan yay mövsümünə özəl istehlak krediti kampaniyası!
XƏBƏR LENTİ
-
Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs saxlanılıb
-
ABŞ İrana qarşı yeni zərbələr endirdi
-
Oğlunun adından dələduzluq: Zaur Kamal onları polisə verdi - (Foto)
-
Maradonanın oğlu İngiltərə ilə oyun barədə: “Atam bu matçı adi hesab etməzdi”
-
M8 marşrut avtobusunun hərəkət sxemi dəyişir
-
Dövlətə xəyanətdə ittiham olunan İvan Svetliçnıy barəsində qərar verildi
-
Səlim Abbasovun evində yanğın - (Video)
-
"Arzum"un adından dələduzluq - (Foto)
-
Dəniz suyunun temperaturu açıqlandı
-
Əbdüləzəl Dəmirçizadə küçəsində hərəkət istiqaməti dəyişdirilir
-
Zinəddin Zidanın yeni iş yeri bəlli oldu
-
Rəqsanə ərini uşaq kimi əzizlədi, ona mahnı oxudu - (Video)
-
Pau Kubarsi: “Çoxlarının ağzını yumduq”
-
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlandı
-
Azərbaycanda hava dəyişir: Bəzi rayonlarda leysan yağacaq
-
"Ziraat Bank Azərbaycan"dan yay mövsümünə özəl istehlak krediti kampaniyası!
-
Xədicə Rəhimova vəfat etdi
-
Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib
-
Kamçatka sahillərində iki güclü zəlzələ baş verdi
-
Netanyahu Vaşinqtona səfər edəcək
-
Tovuzda 17 yaşlı yeniyetmə dərmandan zəhərlənərək ölüb
-
Nəfəs oxudu, Aysun hönkür-hönkür ağladı - (Video)
-
Pezeşkian Xameneinin anım mərasimində diqqət çəkən addım atdı
-
Zaqatalada itkin düşən 62 yaşlı kişinin meyiti çaydan tapıldı





