Dünya

Odessada dron hücumu: Gəmidə 11 azərbaycanlı olub

15 İyul 2026 11:23
Baxış: 388
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyəyə məxsus mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.

Milli.Az xəbər verir ki, hadisə iyulun 14-də yerli vaxtla saat 15:15 radələrində baş verib. Hücuma məruz qalan gəmi Türkiyənin "Okean Maritime" şirkətinə məxsus "Atlas Bey" adlı ticarət gəmisidir.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, gəminin ekipajında 11 Azərbaycan vətəndaşı olub.

Bildirilib ki, Azərbaycan vətəndaşı olan gəmi kapitanından başqa digər ekipaj üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Hazırda gəmi kapitanının axtarışı istiqamətində tədbirlər davam etdirilir.

Azərbaycanın Ukraynadakı Səfirliyi aidiyyəti qurumlarla əlaqə saxlayır və Azərbaycan vətəndaşlarına lazımi konsulluq dəstəyinin göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.