Cəmiyyət

Sürücülərə daha bir ŞAD XƏBƏR

20 Dekabr 2024 11:50
Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkəmizdə elektromobillərə tələbat artıb.

Milli.Az xəbər verir ki, sürücülərə qənaət etməyə imkan verən bu növ avtomobillərin sayı artdıqca, müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə müxtəlif addımlar da atılır.

Artıq istənilən yerdən sadəcə internet resursları vasitəsilə ənənəvi avtomobillər kimi elektromobilləri də sığortalamaq mümkündür.

İcbari Sığorta Bürosunun mətbuat katibi Aytən Əliyeva bildirib ki, sürücülər öz seçdikləri sığorta şirkətinə getmədən və heç bir kağız daşıyıcıdan istifadə etmədən onlayn qaydada öz elektromobillərini sığortalaya bilərlər. Bunun üçün sürücülər seçdikləri sığorta şirkətinin veb səhifəsinə daxil olaraq prosesi həyata keçirməlidirlər.

Qeyd edək ki, bu yenilik sayəsində sürücülər həm vaxt itkisindən xilas olur, həm də kağız israfının qarşısı alınacaq.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.