Dünya

Dmitriev: Putin və Tramp arasında danışıqlarda mühüm irəliləyiş əldə olunub

4 Aprel 2025 14:58
Baxış: 483
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vladimir Putin və Donald Tramp arasında Ukrayna ilə bağlı danışıqlarda mühüm irəliləyiş əldə olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriev bildirib.

Dmitriyev Vaşinqtondakı danışıqlardan sonra Rusiya ilə ABŞ arasında yeni danışıqların tarixlərinin yaxın vaxtlarda müəyyənləşəcəyini deyib.

"Tramp administrasiyası Rusiya ilə dialoqda konstruktivdir. Tramp administrasiyası Rusiyanın mövqeyini eşidir", - o bildirib.

Dmitriev Rusiya və ABŞ-ın birbaşa hava nəqliyyatının bərpasını müzakirə etdiyini, ABŞ şirkətlərinin Rusiyanı tərk etmiş Avropa şirkətlərinin buraxdığı boşluqları tutmağa hazır olduğunu deyib.

O həmçinin iki ölkə nümayəndələrinin Arktika və nadir torpaq faydalı qazıntılar sahəsində əməkdaşlığı müzakirə etdiyini bildirib.

"Biz münasibətlərimizdə müsbət dinamika qeydə alırıq. Bütün fikir ayrılıqlarımızı həll etmək üçün daha bir sıra görüşlərə ehtiyacımız olacaq", - Dmitriev bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.