Avto

270 mindən çox avtomobil geri çağırılır: "Chevrolet", "Cadillac"...

9 Aprel 2026 16:22
Baxış: 300
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Chevrolet", "Buick", GMC və "Cadillac" brendlərinin sahibi olan ABŞ-nin "General Motors" (GM) korporasiyası arxa görüntü kamerasındakı nasazlıq səbəbindən ölkə üzrə 271 700 nəqliyyat vasitəsini geri çağıracaq.

Milli.Az xəbər verir ki, məlumata görə, geriçağırma, əsasən, "Chevrolet Malibu" sedanlarını əhatə edəcək.

Avtomobillərin konkret buraxılış illəri hələlik qeyd olunmur. Tənzimləyici qurumun bildirdiyinə görə, nasazlıq arxa görüntü kamerasından gələn təsvirin monitorda əks olunmaması və ya təhriflə ötürülməsi ilə bağlıdır. Bu isə manevr zamanı qəza riskini artıran amil kimi qiymətləndirilir.

Şirkət yaxın vaxtlarda avtomobil sahiblərinə rəsmi bildirişlərin göndərilməsinə başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.