Dünya

Rusiya Ukraynaya 1000 hərbçinin cəsədini təhvil verib

9 Aprel 2026 16:10
Baxış: 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiya həlak olan Ukrayna Silahlı Qüvvələrinin 1000 hərbçisinin cəsədini Kiyevə təhvil verib və qarşılığında 41 rus hərbçisinin cəsədini geri alıb.

Milli.Az xəbər verir ki, bu barədə RIA Novosti məlumatlı mənbəyə istinadən xəbər yayıb.

"Bunun tam olaraq belə olduğunu təsdiq edə bilərəm", - deyə agentliyin həmsöhbəti cümə axşamı baş tutan mübadilə ilə bağlı məlumatı təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl həlak olmuş hərbçilərin cəsədlərinin mübadiləsi 26 fevral tarixində həyata keçirilmişdi. Həmin vaxt Ukraynaya 1000, Rusiyaya isə 35 cəsəd təhvil verilmişdi.

Ayxan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.