Azərbaycanın sabiq ədliyyə naziri Əlisaab Orucovun (1985-1992 və 1992-ci ilin aprel-iyul ayları) nəvəsi ehtiyatsızlıqdan dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, Cebheinfo.az-a bu haqda ailənin yaxınları məlumat verib.
Bildirilib ki, sabiq nazirin 19 yaşlı nəvəsi hündürmərtəbəli binanın pəncərəsindən yıxılıb.
O, elə hadisə yerindəcə dünyasını dəyişib.
Milli.Az





