Ölkə

Tağı Tağızadəyə yüksək vəzifə verildi - FOTO

4 Aprel 2025 10:57
Baxış: 1 185
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yeni yaradılmış "N-Telekom" publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Tağı Tağızadə təyin edilib. T.Tağızadə bundan əvvəl "Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Tağı Tağızadə Türkiyə Respublikasının Yıldız Texniki Universitetində Elektronika və Kommunikasiya mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alıb, İrlandiya Respublikasının Dublin Universitet Akademiyasında Rəqəmsal Transformasiya İdarəçiliyi üzrə peşəkar sertifikat proqramını uğurla tamamlayıb.

20 ilə yaxın iş təcrübəsinə malik T.Tağızadə telekommunikasiya sahəsində, xüsusilə 5G texnologiyaları və rəqəmsal həllər üzrə geniş beynəlxalq təcrübəyə malikdir və bir sıra xarici ölkələrdə müxtəlif vəzifələrdə çalışmışdır.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yeni yaradılmış "N-Telekom" publik hüquqi şəxs informasiya kommunikasiya texnologiyaları, rəqəmsallaşma, data mərkəzləri, internet, rəqəmsal TV xidmətləri və rabitə (telekommunikasiya) sahəsində fəaliyyət göstərən eyni zamanda muxtar respublikanın İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi və rayon (şəhər) rabitə idarələrini özündə birləşdirən publik hüquqi şəxsdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.