İdman

Juninyo qəhrəman oldu, 1 dəqiqəyə qol vurdu - VİDEO

4 Aprel 2025 08:49
Baxış: 2 071
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ" klubunun sabiq futbolçusu Juninyo "Flamenqo"nun heyətində növbəti dəfə fərqlənib.

Milli.Az xəbər verir ki, 28 yaşlı hücumçu CONMEBOL Libertadores Kubokunun qrup mərhələsinin ilk turunda Venesuelada qol vurub.

O, "Deportivo Taçira" ilə matçın qəhrəmanına çevrilib. 56-cı dəqiqədə meydançaya daxil olan braziliyalı futbolçu cəmi 1 dəqiqə sonra qarşılaşmadakı yeganə qolun müəllifinə çevrilib.

Bu, 3 ay öncə "Qarabağ"ı "Flamenqo"ya dəyişən Juninyonun yeni klubunda keçirdiyi 11-ci oyunda 3-cü qolu olub. (Offsideplus.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.