Ölkəmizdə elektromobillərə tələbat artıb.
Milli.Az xəbər verir ki, sürücülərə qənaət etməyə imkan verən bu növ avtomobillərin sayı artdıqca, müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə müxtəlif addımlar da atılır.
Artıq istənilən yerdən sadəcə internet resursları vasitəsilə ənənəvi avtomobillər kimi elektromobilləri də sığortalamaq mümkündür.
İcbari Sığorta Bürosunun mətbuat katibi Aytən Əliyeva bildirib ki, sürücülər öz seçdikləri sığorta şirkətinə getmədən və heç bir kağız daşıyıcıdan istifadə etmədən onlayn qaydada öz elektromobillərini sığortalaya bilərlər. Bunun üçün sürücülər seçdikləri sığorta şirkətinin veb səhifəsinə daxil olaraq prosesi həyata keçirməlidirlər.
Qeyd edək ki, bu yenilik sayəsində sürücülər həm vaxt itkisindən xilas olur, həm də kağız israfının qarşısı alınacaq.
Asya
Milli.Az