Cəmiyyət

Kirayə mənzillərin qiyməti yenidən artdı - Ucuzlaşma gözlənilir?

4 Aprel 2025 13:00
Baxış: 1 494
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda kirayə mənzil qiymətləri kifayət qədər artıb. Rieltorlar deyir ki, xüsüsən mərkəzi hissələrdə bu artım daha çox müşahidə olunur. Paytaxtın Nəsimi, Nərimanov, Xətai, Yasamal rayonlarında 20 faiz artıb. Bu vəziyyət son bir ayda davam edir.

Milli.Az xəbər verir ki, əvvəl 400 manata olan evlər indi 500 manatdır. Tələbat daha çox yeni binalaradır. Kirayə qiymətləri mənzilin təmiri də əsas rol oynuyur.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, kirayə qiymətlərinin artması gözlənilən idi. Bu artımların davam edəcəyi gözlənilir. Yəni, kirayə qiymətlərində azalma gözlənilmir. 

Qeyd edək ki, hazırda bir otaqla kirayə mənzillər 400 manat, iki otaqlı 500, üç otaqlı isə 600 manatdan başlayaraq kirayə verilir. Əvvəllər isə bu qiymətlər 300, 400 və 500 manat arası dəyişirdi. 

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.