Ölkə

Bu marşrut üzrə yeni qatar buraxılır

4 Aprel 2025 15:31
Baxış: 912
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Dəmir Yolları sərnişinləri üçün daha rahat və təhlükəsiz səyahət imkanları yaratmaq məqsədilə Bakı-Qəbələ-Bakı marşrutunda hərəkət edən KISS markalı qatarı yeni nəsil "Stadler" FLİRT qatarı ilə əvəz edir.

Qurumdan Milli.Az-a verilən məlumata görə, yeni FLİRT qatarı 5 aprel tarixindən etibarən ənənəvi hərəkət cədvəli əsasında xidmət göstərəcək. Belə ki, hər həftənin şənbə günü Bakıdan Qəbələyə, bazar günü isə Qəbələdən Bakıya yola düşəcək.

Qeyd edək ki, müasir dizayna və ən son təhlükəsizlik sistemlərinə malik olan birmərtəbəli FLIRT qatarı sərnişinlərə daha yüksək komfort təqdim edir. Qatarda bar-vaqon, velosipedlər üçün xüsusi yerlər, fiziki məhdudiyyətli şəxslər üçün inklüziv səyahət imkanları və digər rahatlıq yaradan xidmətlər mövcuddur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.