Dünya

“Bu, Ukraynanın “qırmızı xətt”idir” - Zelenski

4 Aprel 2025 14:27
Baxış: 697
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukrayna Rusiya ilə müharibənin sona çatdırılması üzrə gələcək danışıqlar zamanı Rusiyanın nəzarətində olan əraziləri bu ölkənin əraziləri kimi tanımayacaq və ordusunun kiçildilməsinə razı olmayacaq".

Milli.Az "RBK Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Çerniqov vilayətinin ərazi icmalarının rəhbərləri ilə görüşü zamanı deyib.

"Ordumuzun əhəmiyyətli dərəcədə kiçildilməsi bizim üçün "qırmızı xətt"dir. Ukrayna üçün digər bir "qırmızı xətt" isə müvəqqəti Rusiyanın nəzarətində olan ərazilərin Rusiya əraziləri kimi tanınmamasıdır. Bu ərazilər, hər halda, Ukrayna əraziləridir", - deyə prezident qeyd edib./"Qafqazinfo"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.