Cəmiyyət

Arvadı tərəfindən döyülən kişilər: “Əlinə keçəni ərinin başına çırpırdı”

22 May 2024 14:41
Baxış: 1 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22 May 2024 13:46

Məişət zorakılığı, şiddət, təzyiq deyiləndə, adətən, qadın və uşaqlar ağla gəlsə də, kişilər də məişət zorakılığının qurbanı olur. Ötən il 9 nəfər kişi oxşar durumla üzləşib. Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında əksini tapıb.

Milli.Az xəbər verir ki, həkim-psixoterapevt Azad İsazadə "Yeni Sabah"a mövzu ilə bağlı açıqlama verib. Bildirib ki, ailədə zorakılığa hər kəs məruz qala bilər:

"Bu siyahıya kişilər də daxildir. Ötən ilki hesablamara əsasən, 9 nəfər kişi məişət zorakılığının qurbanı olubsa, bu qoca, yaxud orta yaşlı, həmçinin yeniyetmə, o cümlədən ər də ola bilər. Psixoloji təzyiqə məruz qalan şəxs adətən yardım istəmir. Belə adamlara qoruyucu order, mühafizə orderi vermək mümkün deyil. Çünki bu durumu qanun çərçivəsində sübut etmək də bir az çətindir. Sözsüz ki, 9 nəfər kişi bu orderlə təmin olunubsa, deməli onlara hansısa fiziki təzyiq olub. Mühafizə orderi almaq çətin bir prosesdir. Bu reallaşıbsa, deməli, tibbi müayinədən keçiblər və şiddətin izləri sübut edilib. Beləliklə, həmin vəziyyət protokollaşdırılıb. Şiddət halları təkrarlanırsa, bu hadisəyə şahid olanlar varsa, həmin şəxslər bu iddianı təsdiq etdiyi təqdirdə, mühafizə orderi verilir və hansısa formada insanı qorumaq olur. Ərdirsə, həyat yoldaşının qardaşı, atası tərəfindən şiddətə məruz qala bilər. Gəlinin ailəsi imkanlıdırsa, hər hansı səbəbdən dolayı təzyiq göstərir və onu qorxutmuş ola bilərlər".

Ekspert qeyd edib ki, qadınlar tərəfdən şiddətə məruz qalan kişilər adətən mühafizə orqanlarına müraciət etmirlər:

"Qadın krizis mərkəzində çalışdığım müddət ərzində öz təcrübəmdə əsasən, qadın və uşaqların daha çox şiddətə məruz qalma halı ilə qarşılaşsam da, iki dəfə kişilərin də müraciət etdiyinin şahidi olmuşam. Onlar xanım tərəfindən şiddət görən şəxslər idi. Həmin qadın çox əsəbi olduğu üçün xoşuna gəlməyən bir halla qarşılaşdıqda, əlinə keçəni ərinin başına çırpırdı. Mühafizə orqanları bu hal üzündən müraciət etməsələr də, psixoloji cəhətdən müalicə almaq üçün həmin şəxslər öz xanımlarını bu mərkəzə gətirirdilər. Belə hallarla şəxsən özüm rastlaşmışam".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.