Cəmiyyət

Sədəqə və hədiyyə arasındakı fərq

15 Mart 2024 06:00
Baxış: 8 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam alimləri sədəqə ilə hədiyyə arasında bəzi fərqlər qeyd ediblər. Sədəqə - sırf Allahın razılığını və savab qazanmaq üçün verilir. Lakin hədiyyəni isə, hədiyyə verilən şəxsə hörmət, sayğı olaraq da verilir.

Həmçinin, hədiyyə verdikdə, adətən kiməsə qarşı duyulan sevgi, bağlılıq səbəbi ilə verirsən, sədəqəni isə, kiməsə yazığın gəldiyi üçün, möhtac olduğu üçün verirsən.

Sədəqəni qəbul edə bilərsiz, çünki sədəqəni zənginə də vermək icazəlidir. Lakin məşhur alim Nəvəvi qeyd edir ki, varlı adamın sədəqəni xoş bir şəkildə qəbul etməməsi daha doğru, Peyğəmbərimizin yoluna daha uyğundur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.