Cəmiyyət

Bu binalardakı mənzillərə çıxarış verilməyə bilər - VİDEO

13 Yanvar 2024 23:45
Baxış: 1 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda və Abşeron yarmadasında inşa edilən bəzi binalardakı mənzillərə çıxarış verilməyə bilər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, paytaxt ərazisindəki bəzi binalarda yaşayış olsa da, onlar istismara qəbul edilməyib.

Eskpert deyib ki, həmin binaların istismara qəbul edilməməsinin müxtəlif səbəbləri var. Əsas problem təhlükəsizliklə bağlıdır. Buna görə də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu binaların çıxarışla təmin olunması mümkün olmaya bilər.

Onun sözlərinə görə, yeni tikilən əksər binalarda hüquqi məsələlərdən yaranan problemlər də az deyil. Xüsusilə də eyni mənzilin bir neçə nəfərə satılması çıxarışların verilməsi prosesini uzadır. Ramil Qasımzadə vətəndaşların ev alarkən aldanmaması üçün bəzi qayadalara əməl etmələrini tövsiyə edib.

Ekspert əlavə edib ki, əgər yeni inşa olunan bina dövlət qeydiyyatına alınmayıbsa və onun istismar aktı yoxdursa, mənzillər çıxarışla təmin olunmayacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.