Cəmiyyət

Bakıda 5 maşın toqquşdu: avtomobil yandı - Xəsarət alanlar var - FOTO

27 Aprel 2023 07:17
Baxış: 1 316
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, "Mercedes", "Skoda" və "Daewoo" markalı minik avtomobilləri yük avtomobilinə çırpılıb. Qəza nəticəsində "Daewoo" markalı avtomobil yanıb. Qəza nəticəsində "VAZ-2107" deformasiyaya uğrayıb.

İlkin məlumata görə, zəncirvari qəzada üç nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.