Cəmiyyət

Elşad Miridən bayram namazı ilə bağlı ŞOK AÇIQLAMA: Bu, Allahın istədiyi deyil

21 Aprel 2023 07:00
Baxış: 11 853
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabah Azərbaycanda bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, namaz bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq. Bu, imamlar və icma rəhbərləri tərəfindən qərarlaşdırılacaq.

Azərbaycanda bəzi məscidlərdə bayram namazının məzhəblər üzrə fərqli saatlarda qılındığı iddia olunur.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı musavat.com-a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, bu, təəssüfverici bir məsələdir.

"Təəssüflər olsun ki, bölücülük məsələsi bu gün bizim bayramımıza xələl gətirir. Halbuki İslam dinində bu anlayış yoxdur. Bayram hər kəsin bayramıdır. Hamımızın bunu bir yerdə qeyd etməli olduğumuz bir bayramdır. Bu bölücülükdən qurtulmaq lazımdır. Gözəl məqam o oldu ki, dünya ilə təxminən eyni vaxtda Ramazan ayına başladıq, eyni gündə yekunlaşdırırıq. Bayram namazında bu ayrıseçkiliyə dəyərmi? Bu, birliyin, bərabərliyin pozulması deyilmi? Ayrıseçkilik salmağa ehtiyac yoxdur. Bu, doğru yanaşma deyil, Allahın istədiyi deyil. Biz Allahı layiqincə qiymətləndirmirik.

Təəssüflər olsun ki, bu günə qədər bəzi məscidlərdə oxşar vəziyyət olub. Tanıdığım şiə və sünnilər var ki, bayram namazını birlikdə qılırlar. Çünki bu, bayramlaşmadır. Bəzən insanlar məscidə yerləşmir, o zaman ikinci dəfə başqa bir imamın arxasında namazlarını qılırlar. Belə anlayışlar olub", - ilahiyyatçı vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.