Cəmiyyət

Tovuzda mikroavtobusla KamAz toqquşub, xəsarət alanlar var

15 Oktyabr 2022 08:48
Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistal yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla "Kamaz " marklı yük maşını toqquşub. Qəza zamanı miroavtobusda olan 2005-ci il təvəllüdlü Nuray Namazova, 1986-cı il təvəllüdlü Laçın Şəmilova, 1977-ci il təvəllüdlü Rasim Namazov, 1985-ci il təvəllüdlü Leyla Namazova, 2002-ci il təvəllüdlü Nürgün Namazova və daha 2 nəfər xəsarət alaraq xəstəxanaya yerlışdirilib.

Yaralıların vəziyyərinin kafi olduğu bildirilir.

Mikroavtobus Bakıdan Qazağa gəlirmiş. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.