Cəmiyyət

Pilinq reklamı faciəyə çevrildi: Tiktoker Ləmanın üzündə yanıq yarandı

4 Dekabr 2025 15:45
Baxış: 371
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tiktoker Ləman sosial şəbəkələrdə reklam etdiyi pilinq məhsulunu bir neçə dəfə üzünə tətbiq etdikdən sonra dərisində yanıq izləri yaranıb.

Milli.Az xəbər verir ki, son aylarda turşu əsaslı pilinqlər, eləcə də "sarı" və "qırmızı" serumların sosial mediada reklamı nəzərəçarpacaq dərəcədə artıb. Bu isə həmin məhsulların həkim məsləhəti olmadan istifadəsinin nə qədər təhlükəsiz olduğu sualını gündəmə gətirir.

Dermatoloq Sevinc Məmmədovanın sözlərinə görə, bu tip kosmetik vasitələr hər kəs üçün uyğun deyil:

"Dəri tipləri fərqlidir, buna görə də belə məhsullar yalnız həkim göstərişi ilə istifadə edilməlidir".

Marketinq üzrə mütəxəssis Laura Seyidbəyova da vurğulayıb ki, ölkədə tibbi məhsulların reklamı "Reklam haqqında" qanunla tənzimlənir:

"Tibbi kosmetik vasitələr yalnız müəyyən edilmiş qaydalara uyğun reklam oluna bilər. Reklamlarda xəbərdarlıq və mümkün əks-göstərişlər mütləq göstərilməlidir və istehlakçı yanıltmamalıdır".

O əlavə edib ki, bir çox ölkədə bu cür məhsullar risk qrupu hesab olunur və yalnız həkim məsləhəti ilə istifadə edilir. Blogerlərin isə tibbi təhsili olmadığı üçün bu tip məhsulları reklam etməsi məhdudlaşdırılmalıdır. 

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.