Sabiq nazirin qızı görkəmli şairəmizi əxlaqsız qadın kimi təqdim edib?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın "Məhsəti" qısametrajlı filminin Bakı Film Festivalında nümayişinə qoyduğu qadağa geniş müzakirələrə səbəb olub.
Rəsmi açıqlamada bildirilib ki, filmdə Məhsəti Gəncəvinin obrazı təhrif olunur, etik-normativ çərçivələr pozulur və şairənin ideya-mənəvi irsi ilə ziddiyyət təşkil edən səhnələrə yer verilir.
Şura həm manipulyativ təqdimatları, həm də kontekstdən kənar mənalandırma cəhdlərini əsas gətirərək filmə lisenziya verilməsini məqsədəuyğun hesab etməyib.
Milli.Az Modern.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı filmin rejissoru və ssenari müəllifi, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayeva ilə əlaqə saxlanılıb.
Suad Qarayeva Bədii Şuranın qərarını təəssüflə qarşıladığını bildirib:
"Əlbəttə, film üzərində çalışanda ilk növbədə yerli auditoriyanı düşünürsən, öz yaxınlarını fikirləşirsən. Nəsə yeni bir şey etməyə çalışırsan ki, tamaşaçı baxandan sonra fikrini bildirsin. Bu rəylər həmişə pozitiv olmaya bilər, amma nə qədər müzakirə olsa, o qədər yaxşıdır - diskussiya sənət üçün vacibdir. Bakı Film Festivalının komandası ilə də əlaqədə idim, təəssüf ki, lisenziya olmadan filmi göstərə bilmirlər".
O, sosial mediada səslənən tənqidlərə də münasibət bildirib:
"İlk açıqlamaları özüm verdim, çünki film ilk növbədə rejissorun və prodüserlərin öhdəliyidir. Hesab edirəm ki, sənətə Şura prizmasından baxış bizi incəsənət baxımından geri salır".
Rejissor tənqid olunan obrazla bağlı əlavə edib ki, filmdə Məhsəti Gəncəvini canlandıran Mina adlı gənc teatr aktrisasıdır:
"O, səhnədə Məhsəti rolunu oynamaq istəyir və şairənin şeirlərindən ilhamlanır. Bu film Məhsəti Gəncəvinin həyatı haqqında sənədli ekran işi deyil. Onun şeirləri bütün mənbələrdə mövcuddur - istənilən adam internetdə oxuya bilər. Məhsətinin o dövr üçün cəsarətli və azad poeziyası məni azad bir qadın obrazı yaratmağa ilhamlandırıb. Müasir gənclərin sərbəstliyi, öz seçimlərini özlərinin etməsi həm sənətdə, həm həyatda mənə maraqlıdır. Dünya kinosunda bu yeni fikir deyil, film də müasir dövrün ritminə uyğun olaraq yaradılıb. Məhsəti Gəncəvinin şeirləri isə min il əvvəl yazılsa da, bu gün də hamını heyrətləndirir".
Suad Qarayeva bildirib ki, film artıq beynəlxalq festivallarda nümayiş olunur:
"Film ABŞ-də Mammoth Lakes Film Festivalında göstərilib. Çox istedadlı aktrisamız Fərqanə Abdullayeva "Independent Film Awards"da "Best Actress" mükafatını qazanıb. Fevralda film Londonda festivalda nümayiş etdiriləcək. Bundan sonrasını isə filmin distribütoru - "Origine Films" müəyyən edəcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





