Son günlər iranda "honkonq qripi" kimi tanınan "H3N2" tipli qrip virusu ilə bağlı vəziyyət kəskinləşib. Hörmüzqan tibb universitetinin rəhbərliyi 26 yaşlı xəstənin bu qripdən vəfat etdiyini açıqlayıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, rəsmi məlumata görə, cəmi üç gün ərzində əyalətdə götürülən testlərin 50 faizdən artığı pozitiv çıxıb. Xəstəliyin qonşu ölkədə aşkarlanması Azərbaycanda əlavə tədbirlərin gücləndirilməsi zərurətini gündəmə gətirir.
Səhiyyə nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirir ki, sözügedən xəstəlik əslində tibbdə çoxdan tanınan virusdur. bu ştam ilk dəfə ötən əsrin 1968-ci ilindəki böyük "honkonq qripi" pandemiyasına səbəb olub və həmin dövrdə dünyada təxminən 1 milyondan çox insanın ölümünə gətirib çıxarıb. O, vaxtdan bəri sözügedən virus insanlarda hər il təkrarlanan mövsümi qrip dalğalarının əsas səbəblərindən biri hesab olunur.
Təyyar Eyvazov həmin virusun hazırda Azərbaycanda qeydə alınıb-alınmaması məsələsinə də aydınlıq gətirib.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az





