Zamanının ən məşhur idmançısı indi 1 addım atmaq üçün SAVAŞ VERİR - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir zamanlar bədən quruculuğu dünyasının ən güclü adlarından sayılan Ronnie Kolemanın həyatı və sağlamlıq mübarizəsi yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, 1998-2005-ci illər arasında bədən quruculuğu arenasına hökm edən Ronnie Koleman həmin dövrdə ardıcıl 8 dəfə Mr. Olympia çempionu olaraq tarixə düşüb. Dünyanın ən prestijli bodibildinq titulunu qazanan idmançı inanılmaz gücü ilə məşhur idi. Onun məşqlərdə 360 kiloqram qaldıraraq "Light weight, baby!" deməsi isə illər sonra belə xatırlanan simvolik anlardan biri olub.
Lakin bir vaxtlar "insanüstü" görünən gücün arxasında ağır fəsadlar gizlənirmiş. Uzun illər davam edən həddindən artıq məşqlər idmançının bədənində ciddi zədələr buraxıb. Fıtıqlar, sinir sıxılmaları və şiddətli ağrılar onun gündəlik həyatının bir hissəsinə çevrilib.
Koleman uzun müddət ağrılara baxmayaraq məşqlərini davam etdirib və əməliyyatları təxirə salıb. Lakin karyerasının sonlarına doğru bədəni artıq bu yükə tab gətirməyib. Məşhur idmançı ümumilikdə 13 əməliyyat keçirib. Bunlardan 8-i onurğasında, 3-ü boynunda, 2-si isə qalçalarında aparılıb.
Bəzi hallarda qoyulan vintlərin qırıldığı və onurğa birləşmələrinin yenidən əməliyyat olunmalı olduğu da bildirilir. Mütəxəssislər bunun bir hissəsinin tibbi səhvlərlə bağlı ola biləcəyini istisna etməsə də, əsas səbəbin illərlə bədənin sərhədlərini zorlayan məşqlər olduğu qeyd edilir.
Bir vaxtlar dünyanın ən güclü adamlarından biri sayılan Ronnie Koleman bu gün bir neçə addım atarkən belə ağrı hiss edir. Buna baxmayaraq o, ruhdan düşmür. Əfsanəvi idmançı hələ də hər gün məşq edir, sosial mediada və kameralar qarşısında gülümsəyərək pərəstişkarlarına motivasiya verməyə davam edir.
Onun həyat hekayəsi idman dünyasında həm gücün, həm də dözümlülüyün simvolu kimi yadda qalır.
Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yaddaşı gücləndirməyin 5 qızıl qaydası
-
Xərçəngin müalicəsində süni intellekt: Fotonuza baxıb...
-
Süni intellektdə yeni mərhələ: "Gemini" bunu da edəcək
-
Limonlu çay içənlərin DİQQƏTİNƏ
-
Xalq artistinin evində toy olacaq
-
Türkiyədə qalan azərbaycanlılar üçün pis xəbər
-
Cəlilabadda ağır qəza - xəsarət alanlar var - FOTO
-
Avropa Liqası: "Nottingem" və "Braqa" qələbə qazanıb
-
Bu içkilər infarkt riskini artıra bilər
-
Şafak Sezerin son halı gündəm oldu: "Botoksun dozası qaçıb" - FOTO
-
Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər
-
Bakıda bədii gimnastika üzrə Avropa kuboku start götürüb - FOTO
-
Soyuducu qapısına kağız sıxışdıranlar fərqi dərhal görür
-
“Həmişə çempion olası deyilik ki...” - Qurban Qurbanov
-
Zibilini atan pul qazanacaq: Küçələrə yeni ağıllı maşınlar yerləşdirilir
-
“Bu oyun mənim suyumu çıxardı”
-
Can Yaman tanınmaz dərəcədə dəyişdi - FOTO
-
Günün qoroskopu: məhz bu anlayış sizi azad edir
-
Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir
-
Kriştiano Ronaldo: "Karyeramın sonu yaxınlaşır..."
-
İlham Əliyev: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər
-
Ödem atan bitki çayları hansılardır?
-
Daha bir serial final edir
-
Elvinlə bağlı açıqlama verdi





