İdman

Avropa Liqası: "Nottingem" və "Braqa" qələbə qazanıb

1 May 2026 01:06
Baxış: 362
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Milli.Az xəbər verir ki, Portuqaliyanın "Braqa" klubu Almaniya təmsilçisi "Frayburq"u qəbul edib.

Meydan sahibləri görüşün son saniyələrində vurduğu qolla rəqibini məğlub edib: 2:1.

Digər matçda isə İngiltərə komandaları qarşılaşıb. "Nottingem Forest" doğma azarkeşləri önündə "Aston Villa"ya minimal hesabla qalib gəlib: 1:0.

Qeyd edək ki, bu mərhələnin cavab oyunları mayın 7-də keçiriləcək.

UEFA Avropa Liqası

Yarımfinal mərhələsi, ilk oyunlar

23:00. "Braqa" - "Frayburq" 2:1

23:00. "Nottingem Forest" - "Aston Villa" 1:0

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.