Ödem atan bitki çayları hansılardır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gündəlik həyatda üz, əl, ayaq və ya qarın nahiyəsində yaranan şişkinlik hissi çox vaxt bədəndə artıq mayenin toplanması, yəni ödem ilə bağlı olur. Həddindən artıq duz istehlakı, az su içmək, hərəkətsizlik və stres bu vəziyyəti tetikləyir. Doğru seçilmiş bitki çayları, sağlam qidalanma və bol su ilə birlikdə ödemdən qurtulmağa kömək edə bilər.
Milli.Az xəbər verir ki, şişkinlikdən azad olmaq üçün ən çox bu çaylara müraciət edilir:
Yaşıl çay: Metabolizmanı sürətləndirir və antioksidant təsiri ilə bədəni təmizləyir.
Albalı saplağı: Güclü sidikqovucu xüsusiyyəti ilə tanınır, bədəndəki artıq suyun atılmasına birbaşa dəstək verir.
Qarğıdalı saçağı: Böyrəklərin işini dəstəkləyərək şişkinliyi azaldır.
Cəfəri saplağı: Təzə və ya qurudulmuş cəfəri saplarından hazırlanan çay ödem üçün ən sürətli təbii həllərdən biridir.
Razyana: Xüsusilə yeməkdən sonra yaranan həzm problemləri və qarın nahiyəsindəki şişkinliyi aradan qaldırmaq üçün idealdır.
Hibiskus: C vitamini ilə zəngindir və bədəni toksinlərdən təmizləməyə kömək edir.
Maksimum fayda əldə etmək üçün bu qaydalara əməl etmək vacibdir:
Çayları səhər yeməyindən sonra və ya günortadan sonra içmək məsləhətdir. Gecə gec saatlarda içmək yuxu rejimini poza bilər.
Gündə 1 və ya 2 fincan kifayətdir. Həddindən artıq istehlak bədəndən lazım olan mineralların da atılmasına səbəb ola bilər.
Çaylara şəkər və ya süni dadlandırıcı əlavə etməyin. Dadını dəyişmək üçün limon dilimi və ya bir parça darçın istifadə edə bilərsiniz.
Ödemdən tamamilə qurtulmaq üçün 4 vacib addım
Unutmayın ki, heç bir çay tək başına möcüzə yaratmır. Kompleks yanaşma şərtdir:
Suyu artırın: Bədən susuz qaldıqda suyu daxildə saxlamağa (ödemə) çalışır. Gündə ən az 2-2.5 litr su için.
Duzu azaldın: Duz suyu bədəndə "həbs edir". Paketlənmiş qidalardan və hazır soslardan uzaq durun.
Hərəkət edin: Qısa yürüşlər belə qan dövranını sürətləndirərək maye balansını tənzimləyir.
Təbii məhsul seçin: Qatqısız, düzgün qurudulmuş və üzvi bitki çaylarına üstünlük verin.
Hamiləlik, əmizdirmə dövrü, böyrək xəstəlikləri və ya davamlı dərman istifadəsi zamanı bitki çaylarını qəbul etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib





