Rusiya

Dünyanın ən məhşur sosial şəbəkələrindən biri Rusiyada bloklandı

5 Dekabr 2025 00:06
Baxış: 191
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada "Snapchat" tətbiqinə cinayət fəaliyyətlərində istifadə edildiyi iddiası ilə giriş məhdudlaşdırılıb. Bildirilib ki, tətbiq terror fəaliyyəti təşkil etmək və dələduzluq məqsədilə istifadə olunur.

Milli.Az xəbər verir ki, Rusiyanın Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Xidməti (Roskomnadzor) açıqlamasında oktyabr ayından bəri "Snapchat"da yaşanan giriş problemləri ilə bağlı məlumatlara yer verib. Qurum bildirib ki, tətbiq vasitəsilə ölkədə terror fəaliyyətləri təşkil etmək, icra etmək, iştirakçıları cəlb etmək, eləcə də vətəndaşlara qarşı dələduzluq və digər cinayətləri həyata keçirmək mümkün olur.

Məhz bu səbəbdən "Snapchat"a girişin tam şəkildə bloklandığı qeyd edilib.

Roskomnadzor eyni səbəbə görə bu gün FaceTime tətbiqinə də giriş qadağası tətbiq edib. Bundan əvvəl isə Rusiyada Facebook, X, TikTok, YouTube və Instagram kimi sosial media platformalarına da giriş məhdudlaşdırılıb.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.