Kişi qıtlığı olan ölkədə qadınlar “saatlıq ər” kirayə edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Latviyada kişi əhalisinin azalması tək yaşayan və gənc qadınlar üçün partnyor tapma problemini daha da dərinləşdirib. Əhali arasında yaranan bu gender disbalansı ölkədə yeni və diqqətçəkən bir xidmət sektorunun - "saatlıq ər" adlandırılan xidmətin ortaya çıxmasına səbəb olub. Bu xidmət qadınlara evdəki xırda təmir və məişət işləri üçün usta çağırmaq imkanı yaradır.
Milli.Az xəbər verir ki, son illərdə Latviyada kişilər arasında ölüm halları xeyli artıb. Mütəxəssislərə görə, bunun başlıca səbəbləri:
- yüksək alkoqol istifadəsi,
- iş və yol qəzaları,
- qəsd hallarının çoxluğudur.
Bu faktorlar kişilərin daha gənc yaşlarda həyatını itirməsinə gətirib çıxarır. Nəticədə qadınların sayı kişilərdən xeyli çoxdur və bu da "həyat yoldaşı və ya partnyor tapmaq" problemini ciddi şəkildə artırır.
29 yaşlı Dania festivallarda çalışdığını və iş yoldaşlarının böyük əksəriyyətinin qadın olduğunu deyir: "Problem deyil, amma mühitdə bir az da kişi olsa, daha balanslı olardı. Heç olmasa, söhbət edə və ya flört edə biləcəyimiz biri olardı."
Onun rəfiqəsi Zane isə bir çox qadının bu səbəbdən xaricdə münasibət qurduğunu bildirir: "Ətrafımdakı qadınların çoxu başqa ölkələrdə münasibətlər qurur. Burada kişi tapmaq həqiqətən çətindir."
Kişi çatışmazlığı Latviyada qeyri-adi bir sektorun formalaşmasına səbəb olub. "Bir saatlıq ər" xidməti çərçivəsində qadınlar cüzi məbləğ müqabilində evlərinə usta çağıra bilirlər. Bu ustalar:
- kran və su təchizatı nasazlıqlarını düzəldir,
- televizor montajı edir,
- mebel quraşdırır,
- elektrik işləri görür,
- ağır əşyaların daşınmasına kömək edir.
Bəzi şirkətlər həftənin bütün günləri qadınların evinə "qızıl əlli" ustalar göndərir. Digərləri isə sifariş daxil olduqdan ən gec 1 saat sonra ustanı ünvana yönləndirir.
Sosioloq Baiba Bela vəziyyəti belə izah edir: "30-40 yaş aralığında kişilərdə ölüm nisbəti qadınlara görə üç dəfə yüksəkdir. Bunun əsas səbəbi alkoqol, yol qəzaları və iş qəzələridir."
Latviyada sosial balansın pozulması nəticəsində yaranan bu yeni xidmət sektoru həm sosial problemlərin göstəricisi, həm də insanların gündəlik həyat ehtiyaclarını qarşılayan praktik bir alternativ kimi diqqət çəkir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gürcüstanda azərbaycanlı qardaşlar güllələndi
-
Türkiyədə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - Yenilənib
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
-
Vilayəti Paşinyana xəbərdarlıq etdi - “Onların ayaqlarını qıracağıq”
-
“Barselona” Rafinya ilə yeni müqavilə imzaladı
-
İsmayıl Qartala İrandan rəsmi təklif
XƏBƏR LENTİ
-
Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita
-
Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
-
Pomidor şirəsinin çoxlarının bilmədiyi təhlükəli xüsusiyyətləri
-
Bu meyvələri yanaşı qoymayın, çürüməni tezləşdirir
-
“Qadın evlidir, amma başqasını sevir“ - İradə İbrahimova
-
Türkiyədə aktyorların qonorarı azaldıla bilər
-
Günün qoroskopu: Enerjiniz və ünsiyyət bacarıqlarınız zirvədədir
-
Klinikanın qarşısındakı qəzanın anbaan (Videosu)
-
"İrəvana risk edib getmişdim" - Azərbaycanlı bloger
-
“Perihan”ın son halı - (Foto)
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
-
Mingəçevirdə 21 yaşlı gənc qonşusunu bıçaqlamaqda şübhəli bilinir
-
Bakıda kollecdə qanlı hadisənin səbəbi açıqlandı - (Video)
-
“Bakıda olduğum üçün çox xoşbəxtəm”: Devid Qarrettin virtuoz skripkası, rok hitləri və simfonik enerjisi
-
Gürcüstanda azərbaycanlı qardaşlar güllələndi
-
Türkiyədə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - Yenilənib
-
Bu şəxslər 3600 manat maaş alacaq
-
Çingiz imicini dəyişdi - (Foto)
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
-
Qarabağ Ustası: Strategiya, Suverenlik və Azərbaycanın Qələbəsi
-
Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
-
İşğal olunmuş rayon sakini ilə evli kişilərə də "məcburi köçkün" statusu veriləcək
-
“Məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi qaydaları dəyişib





