Ölkə

Məktəblilər təhlükə saçan oyunlara necə qoşulmalarından DANIŞDILAR - VİDEO

5 Dekabr 2025 00:25
Baxış: 211
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uşaqları ölümə sürükləyən oyunlar... "Mavi balina", "roblox" kimi oyunlar hələ də uşaqların mobil telefonlarında var...

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bir neçə gün əvvəl  Paytaxtın Binəqədi rayonunda baş verən 13  yaşlı qızın müəmmalı ölümü bu təhlükənin yenidən qayıtmasını gündəmə gətirdi. Azyaşlının valideynləri övladlarının telefonunda qorxulu görüntülər olduğunu dilə gətirdilər. Bəziləri bunun "mavi balina", "roblox" oyunu,  ya da buna bənzər bir oyun ola biləcəyini də istisna etmir

Bəs hələ də azyaşlılar arasında bu oyunun nə olduğunu bilən, oynayan varmı?

Məktəblilər mikrofonumuza belə oyunların necə yüklənməsindən necə oynanmasına qədər hərşeyi bildiklərini dedilər. Xoşbəxtlikdən onlar oyundakı tapşırıqları həyata keçirmək yerinə oyunun silməyi seçiblər. Lakin, bunu edə bilməyənlər də var....

Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, sosial şəbəkələrdə belə oyunlar haqqında məlumatlar var. Əsas məsələ isə valideyn nəzarətinin güclü olmasıdır.

Bəs belə oyunları mobil tətbiqlərdən yükləmək mükündürmü?. Əgər deyilsə uşaqlar bu oyunları necə əldə edir?

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.