Uşaqları ölümə sürükləyən oyunlar... "Mavi balina", "roblox" kimi oyunlar hələ də uşaqların mobil telefonlarında var...
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bir neçə gün əvvəl Paytaxtın Binəqədi rayonunda baş verən 13 yaşlı qızın müəmmalı ölümü bu təhlükənin yenidən qayıtmasını gündəmə gətirdi. Azyaşlının valideynləri övladlarının telefonunda qorxulu görüntülər olduğunu dilə gətirdilər. Bəziləri bunun "mavi balina", "roblox" oyunu, ya da buna bənzər bir oyun ola biləcəyini də istisna etmir
Bəs hələ də azyaşlılar arasında bu oyunun nə olduğunu bilən, oynayan varmı?
Məktəblilər mikrofonumuza belə oyunların necə yüklənməsindən necə oynanmasına qədər hərşeyi bildiklərini dedilər. Xoşbəxtlikdən onlar oyundakı tapşırıqları həyata keçirmək yerinə oyunun silməyi seçiblər. Lakin, bunu edə bilməyənlər də var....
Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, sosial şəbəkələrdə belə oyunlar haqqında məlumatlar var. Əsas məsələ isə valideyn nəzarətinin güclü olmasıdır.
Bəs belə oyunları mobil tətbiqlərdən yükləmək mükündürmü?. Əgər deyilsə uşaqlar bu oyunları necə əldə edir?
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az