Adi görünən gündəlik vərdiş təhlükənin xəbərçisi ola bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nevroloq ayağı masa altında tərpətmək vərdişinin səbəbini açıqlayıb.
Milli.Az xəbər verir ki, rusiyalı nevroloq Marianna Cikiya bildirib ki, əksər hallarda bu tamamilə normal və hətta faydalıdır. Lakin bəzən sağlamlıqla bağlı müəyyən problemlərin işarəsi ola bilər.
Həkimin sözlərinə görə bu qeyri ixtiyari hərəkət həm psixoloji həm də fizioloji amillərlə əlaqəli ola bilər. Stress və narahatlıq zamanı bədəndə kortizol artır və orqanizm reaksiyaya hazırlaşır. Ayağı tərpətmək əzələ gərginliyini azaltmağa kömək edir.
Bu vərdiş diqqəti toplamağa da yardım edə bilər. Ritmik hərəkətlər beynin həddindən artıq aktiv sahələrini sakitləşdirir və bu da fokuslanmanı asanlaşdırır.
Uzun müddət oturaq vəziyyətdə qalan insanlarda da ayaq tərpətmə istəyi yaranır. Bu hərəkət pozanı dəyişmək qan dövranını yaxşılaşdırmaq və bədəni bir qədər rahatlatmaq üçün spontan bir yoldur.
Digər səbəb isə çoxlu kofein qəbulu ola bilər. Kofein sinir sistemini gücləndirdiyi üçün narahatlıq və yüngül titrəmə yaradır və ayağın özü də tərpənməyə başlayır. Bundan başqa monotond hərəkət insanı narahat edən fikirlərdən yayındıraraq sinir sistemini sakitləşdirir.
Həkim xəbərdar edir ki bəzi hallarda bu vərdiş tibbi diaqnozun əlaməti ola bilər. Səbəblərdən biri narahat ayaq sindromudur. Bu vəziyyətdə insan ayaqlarda xoşagəlməz hisslər yaşayır və bu hiss onu ayağını tərpətməyə məcbur edir. Əlamətlər sakit vəziyyətdə güclənir və axşam saatlarında daha çox hiss olunur.
Nadir hallarda bu hərəkət Tourette sindromu və ya bəzi növ tremorlarla da əlaqəli ola bilər.
Əgər vərdişi idarə etmək istəyirsinizsə aşağıdakı üsullar kömək edə bilər.
Hansı vəziyyətin bu hərəkəti doğurduğunu müəyyən edin. Stress darıxma yorğunluq və ya çox kofein qəbulundan sonra başlayırsa səbəbi aradan qaldırmaq daha effektlidir.
Bədənə mütəmadi hərəkət verin. Fiziki aktivlik gərginliyi azaldır və narahatlığı aşağı salır.
Dərin nəfəs məşqləri meditasiya və gün ərzində qısa fasilələr sinir sistemini sakitləşdirə bilər.
Kofeinin təsirini hiss edirsinizsə kofe və enerjili içkilərin miqdarını azaldın.
Darıxarkən əllə edilən kiçik hərəkətlər də kömək edə bilər. Məsələn stress topunu sıxmaq və ya qələmlə xırda cızma işləri etmək.
Cikiya bildirir ki insanların çoxunda ayağı tərpətmək bədənin özünü tənzimləmə üsuludur. Lakin ayaqlarda xoşagəlməz hiss yaranırsa və bu hiss axşamlar güclənərək yuxuya mane olursa nevroloqa müraciət etmək lazımdır.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
XƏBƏR LENTİ
-
Bakıda türk serialına görə kişi infarkt keçirdi – Təcili əməliyyat olundu - (Video)
-
Ədliyyə Nazirliyi adından bələdiyyələrə saxta zənglər edilir
-
Xəstəxanada 125 min manatlıq mənimsəmə - Vəzifəli şəxs ittiham olunur
-
Seda Sayan: "İtirdiyi komforta görə yanıb-yaxılır"
-
Qızıl bahalaşdı
-
Son 70 ilin ən sərt qışı gəlir... - Bakı üçün iki rekord şaxta tarixi
-
Qonşusuna kömək edirdi, faciəvi şəkildə öldü
-
Çempionlar Liqası: "Fənərbağça" və "Sabah" meydana çıxır
-
Hörmüz boğazında 4 tanker minaya düşdü
-
Abşeron Ticarət Mərkəzinin qarşısında faciəvi hadisə
-
ABŞ-də qızılca epidemiyası: Minlərlə insan yoluxdu, ölən var
-
Yollarda görünüş məsafəsi məhdudlaşdı - Sürücülərə xəbərdarlıq
-
Nikolas Keyc evsiz qaldı
-
Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - (Yenilənib)
-
Qazaxda məktəbli 33 yaşlı kişini bıçaqladı
-
Azərbaycan neftinin qiyməti açıqlandı
-
Camaat idman edib arıqlayır, mən kökəlirəm
-
Paytaxtın bu yolunda hərəkət məhdudlaşdırılacaq
-
Vəfa Seyidova işdən çıxdı
-
ÇL: "Barselona" və PSJ darmadağınla qələbə qazandı
-
Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır
-
Üç bürcə noyabrın ortalarına qədər ciddi xəbərdarlıq
-
Dünyanın sonu, yanğınlar və böhranlar: Nostradamusun 2027-ci il üçün proqnozu
-
İnsanları maqnit kimi cəlb edirlər - 4 xüsusi doğum günü





