Şou-biznes

Qalmaqallı qərardan sonra 6 ölkə Avroviziyanı boykot etdi

4 Dekabr 2025 22:05
Baxış: 1 575
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Yayım Birliyinin (EBU) İsrailin 2026-cı il "Eurovision" Mahnı Müsabiqəsində iştirakını təsdiqləməsindən sonra altı ölkə - İspaniya, Hollandiya, Sloveniya, Belçika, İslandiya və İrlandiya - yarışmadan çəkildiklərini açıqlayıb.

Milli.Az xəbər verir ki, İsrailin müsabiqəyə qəbul edilməsi, xüsusilə Qəzza zolağında baş verənlərə görə beynəlxalq ictimaiyyətin ciddi reaksiyası fonunda böyük müzakirələrə səbəb olub.

EBU-nun keçirdiyi səsvermə nəticəsində İsrailin 2026-cı ildə səhnəyə çıxmasına rəsmi razılıq verilib.

Bu qərar Avropada geniş reaksiyaya yol açıb və bir neçə ölkə bunu etirazla qarşılayaraq müsabiqədən geri çəkilib. Belçika, Hollandiya, İspaniya, İrlandiya, İslandiya və Sloveniya İsrailin iştirakına etiraz olaraq "Eurovision 2026"dan imtina etdiklərini bildiriblər.

2026-cı ildə keçiriləcək 70-ci "Eurovision" Mahnı Müsabiqəsi beləliklə tarixinin ən böyük siyasi böhranlarından birini yaşayır.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.