Cəmiyyət

Qubada zibillər aylarla yığılır - Sakinlər öz hesabına təmizləyir

4 Dekabr 2025 17:21
Baxış: 240
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Quba rayonunun Aşağı Atuc kəndində məişət tullantıları ciddi antisanitar vəziyyət yaradıb. Kəndin bir neçə hissəsində zibillər uzun müddət toplanaraq qalmaqdadır.

Milli.Az xəbər verir ki, sakinlər aidiyyəti qurumlardan ərazilərin dərhal təmizlənməsini istəyirlər.

Onların sözlərinə görə, əraziyə baxan yoxdur:

"İki dəfə öz hesabımıza buranı təmizləmişik, amma heç kim gəlməyib, baxmayıb. Evimizin yanı zibilxanaya çevrilib. Mal dərisi, qoyun ölüsü, heyvan cəmdəkləri gətirib atırlar, itlər də buraya toplaşır. Kənddə təxminən 1000 ev var, bir tədbir görsünlər ki, bu natəmizlikdən qurtulaq".

Qeyd olunub ki, artıq kənd bələdiyyəsinin əməkdaşları və texnika əraziyə gələrək təmizləmə işlərinə başlayıblar.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.